Dayıdan bacısının azyaşlı qızına qarşı İYRƏNC HƏRƏKƏT
Azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Ruslan Babayev Ali Məhkəməyə müraciət edib.
ARANTV.AZ xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Əli Seyfəliyevin sədrliyi ilə noyabr ayının 20-də keçiriləcək.
Qeyd edək ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib.
Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ruslan Babayevə hökm oxunub.
Məhkəmənin hökmü ilə R. Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib.”Ölkə.Az”

