İnternetdə tanış olduğu qızı cinsi əlaqə zamanı boğub öldürdü-FOTOLAR
Yeni Zelandiyada dəhşətli cinayət hadisəsi qeydə alınıb. ARANTV.AZ-ın məlumatına görə, 22 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs ifadəsində gənc qızı cinsi əlaqə zamanı boğub öldürdüyünü bildirib. Qızla internetdə tanış olan şəxs onun “Bozun 50 çaları” filminin pərəstişkarı olduğu üçün belə bir şey istədiyini qeyd edib.
Çantası ilə təyyarəyə minib səyahətə çıxan amerikalı 22 yaşlı Qreysin meyiti bir meşədə torpağa basdırılmış vəziyyətdə tapılıb. Ad günündən itkin düşən qızın cinayəti ilə bağlı detallar üzə çıxıb. İki həftə əvvəl Yeni Zelandiyanın Auklend şəhərində bir pansionata köçən Qreys internetdə bir şəxslə tanış olub. Qız şənbə gününə qədər ailəsi və dostları ilə mesajlaşıb. Amma sonra isə onu tapmaq mümkün olmayıb.Sonxeber.az



