Qanunsuz ov etmək istəyən şəxs saxlanıldı
Qanunsuz ov etmək istəyən 45 yaşlı kişi saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, Yevlax rayon sakini 1974-cü il təvəllüdlü Fəqan Əhmədov Şirvan su kanalında ov edərkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ondan iki ədəd qoşalülə tüfəng və 24 ədəd patron aşkar edilərək götürülüb.Sonxeber.az

