Qorxunc qəza ölkəni yasa boğdu-Çox sayda ölü var
Hindistanın Racastan əyalətində avtobus ilə yük maşının toqquşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb. ARANTV.AZ-ın məlumatına görə, qəza Bikaner bölgəsində meydana gəlib.
İlkin məlumata görə 14 nəfər həlak olub. 18 yaralı isə xəstəxanalara yerləşdirilib. Racastan əyalətinin başçısı Aşok Qehlot Tvitterdə açıqlama verərək qəzada həlak olanların ailələrinə başsağlığı verib.Sonxeber.az

