Bakıda daha bir ağır qəza – QADIN ÖLDÜ
Bakı şəhəri Suraxanı rayonunu ərazisində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, noyabrın 16-da saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sərnişini – Qazax rayon sakini Tacirə Daşdıyeva hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.Publika.az

