Cəmiyyət 

Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.

ARANTV.AZ-ın unikal.org-a istinadən verdiyi məlumata görə, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.

Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.

Daha çox xəbərlər