Motosikletlə avtomobil toqquşdu: yaralı var
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, qəza Binə qəsəbəsində, 326 saylı məktəbin yaxınlığında qeydə alınıb.
Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü, 2000-ci il təvəllüdlü Nuriyev Taleh Asif oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

