Hadisə 

Avtobusla mikroavtobus toqquşdu: Altı yaralı

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, rayonun Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, baş verən qəzada altı nəfər xəsarət alıb.

17 yaşlı oğlana hadisə yerində yardım edilib. Digər yaralılar arasında biri altı yaşlı qız olmaqla, 51, 28, 43, 34 yaşlı kişilər olub. Onlar müxtəlif dərəcəli travmalarla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Oxu.Az

Daha çox xəbərlər