Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq
Noyabrın 21-də axşam saatlarında “Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.
Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

