Qaradağdakı avtobus qəzasında xəsarət alanlar barədə SON MƏLUMAT
Xəbər verdiyimiz kimi, Qaradağ rayonu, Sahil qəsəbəsi 20-ci sahə adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub.
Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər 1 saylı Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların arasında 28, 34, 43, 51 yaşlı kişilər, 17 yaşlı oğlan və 6 yaşlı qız olub.
ARANTV.AZ bildirir ki, Kliniki Tibbi Mərkəzin həkimi Fərman Nəsibovun xəsarət alanlarla bağlı verdiyi son məlumatda xəstələrin artıq evə buraxıldıqları deyilib. Xəstəxanada hazırda qalan xəstənin isə 1968- cı ilə təvəllüdlü Nəsibov İsmət İmran oğlu olduğu bilinib.Onun qəza nəticəsində kəllə- beyin travması, yəni beyin silkələnməsi aldığı göstərilib. Həyatı təhlükəsi yoxdur. Bu yaxın günlərdə evə buraxılacaq.Sonxeber.az

