Cəmiyyət 

BDU- nun zəhərlənib ölən tələbənin QOHUMU danışdı

Xəbər verdiyimiz kimi, saat 12:35-da Təcili Tibbi Yardıma Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan tələbələrin zəhərlənməsi ilə bağlı müraciət daxil olub. Huşsuz vəziyyətdə üç tələbə qız aşkarlanıb. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Tələbələrdən birinin öldüyü, digərlərinin xəstəxanaya yerləşdirildiyi bilinir.
ARANTV.AZ-ın məlumatına əsasən, ölən qızın qohumu məsələ ilə bağlı danışıb. O, bildirib ki, qızlarda yedikləri qidadan zəhərlənmə əlaməti olub. Axşam təcili yardım gəlib. Təcili yardımla gələn həkimlər qızlara “analgin”lə, “dimidrol” verib yatızdırıblar. Onlar da huşunu itirli vəziyyətdə qalıblar.Sonxeber.az

Daha çox xəbərlər