Sabah hava onlar üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 27-si günün ikinci yarısından 28-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.

