Şou biznes 

Novruz Aslan Leyla Əliyevanın sözlərinə yeni mahnı bəstələdi, Dilarə Kazımova oxudu – Video

“Eurovision” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımovanın “Не уходи” (Getmə) adlı yeni klipi işıq üzü görüb. ARANTV.AZ-ın məlumatına görə, bəstənin sözlərinin müəllifi Leyla Əliyeva, bəstəkarı isə Novruz Aslandır. Mahnı bir-birini hələ də sevən cütlüklərin ayrılığından bəhs edir. “Getmə” deyən ifaçı bu klipdə sevən bir insanın tərkedilməyə olan hiss-həyəcanını, emosiyasını çatdırır. İlk dinləmədən yaddaşlara həkk olan və insanın ruhuna təsir edən “Ne uxodi” mahnısı getmək istəyənləri saxlamaq, tərk edənləri isə geri döndərmək gücündə olan bir musiqidir.

Daha çox xəbərlər