İntihara cəhd edən şəxsi Nazirlər Kabinetinə apardı

Bu gün baş nazir Novruz Məmmədov Bakı şəhərinin Sabunçu rayonu ərazisində – “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxslə danışıb və onu intihar etmək fikrindən daşındırıb. ARANTV.AZ xəbər verir ki, məsələ ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bu gün səhər saatlarında “Koroğlu” qovşağındakı asma…

Daha çox ..

Hesablama Palatası: “Büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinir”

İlin birinci yarısında büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinib. ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı yaydığı məlumatda deyilir. Qeyd olunur ki, Palatanın 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 mlrd. manat məbləğində vəsaiti əhatə…

Daha çox ..

Arvadı ölən vəzifəli şəxs Mənzurəyə elçi düşdü

Müğənni Mənzurə Musayevaya elçi düşüblər. ARANTV.AZ yenicag.az-a istinadla xəbər verir ki, Mənzurə ARB-nin “Səhər-səhər” verilişində şəxsi həyatından danışıb: “Elçilərim çoxalıb. Amma ərə getmək istəmirəm. Neynirəm e, əri? Həyat yoldaşı ölüb, özü vəzifə sahibidir”. Əli Mirəliyev ona məsləhət verib: “O, səni, həqiqətən, sevirsə, ailə qur. Yox əgər, sənə “pul daxılı” kimi baxırsa, neynirsən onu? Çalış 70 yaşlı…

Daha çox ..

Rəfiqəsini öldürəndən sonra doğrayan qadının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən İ. Qorlova özünü qismən təqsirli bilib. O deyib ki, rəfiqəsini tamah niyyəti ilə öldürmək məqsədi olmayıb….

Daha çox ..

Bu dəfə sənədləri tapıldı, özü yoxa çıxdı

Bir neçə gün öncə küçədə tüfeyli həyat yaşayarkən aşkarlanan keçmiş iş adamı Akif Əliyevin itən sənədləri tapılıb. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, A.Əliyevə aid rəsmi kağızlar hazırda 17-ci Polis Bölməsindədir. Lakin polis sənədlərini tapsa da, onun özünü tapa bilməyib. Bölmə əməkdaşları xəstəxanalara baş çəksə də, A.Əliyevin tibb müəssisələrində olmadığı bildirilib. Səhiyyə Nazirliyindən sayta bildirilib…

Daha çox ..

İŞİD Suriyada 36 qadın və uşağı girov götürdü

İyulun 25-də Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən terror aktlarından sonra onlarla qadın və uşaq girov götürülüb. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Komitəsindən məlumat verilib. Bildirilib ki, İŞİD ümulikdə 20 qadın, 16 azyaşlını girov götürüb. Qeyd edək ki, terror aktları nəticəsində 246 nəfər ölüb.

Daha çox ..

Hindistandan 4 milyon insan deportasiya oluna bilər

Hindistanın Assam ştatında yaşayan, təqribən, 4 milyon insan ölkədə qalmaq hüququnu təsdiqləyən sənədi hökumət orqanlarına təqdim edə bilməyəcəyi halda deportasiya olunmaq riski ilə üzləşib. ARANTV.AZ report-a istinadən xəbər verir ki, yenilənmiş qeydiyyat siyahıları ştatda bu qədər çox insanın yaşayışının qanuni olub-olmaması məsələsini araşdırmaqla bağlıdır. Siyahıların yenilənməsi ilk dəfə 1951-ci ildə qonşu Banqladeşdən qanunsuz miqrant axını yaşadıqdan…

Daha çox ..

17 nəfər Azərbaycandan deportasiya olunur – FOTO

Dövlət Miqrasiya Xidməti tərəfindən 74 əcnəbi inzibati məsuliyyətə cəlb edilib. ARANTV.AZ xəbər verir ki, iyulun 25-dən 28-nə kimi qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı  22-si Gürcüstan, 13-ü Pakistan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova vətəndaş olmaqla ümumilikdə 74 əcnəbi saxlanılıb. Saxlanılmış 5…

Daha çox ..

Azərbaycanın ixracatında pomidor yenə birinci oldu

2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110 milyon 5 min ABŞ dolları və ya 15 faiz artıb. ARANTV.AZ xəbər verir ki,  hesabat dövründə Rusiyaya 319 milyon 9 min, Türkiyəyə 180 milyon, Gürcüstana 74 milyon, İsveçrəyə 69 milyon 3 min və Çinə 23 milyon 9 min ABŞ dolları dəyərində qeyri-neft…

Daha çox ..