Azərbaycanın ixracatında pomidor yenə birinci oldu

Москва. Кунцевский рынок.

2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110 milyon 5 min ABŞ dolları və ya 15 faiz artıb.

ARANTV.AZ xəbər verir ki,  hesabat dövründə Rusiyaya 319 milyon 9 min, Türkiyəyə 180 milyon, Gürcüstana 74 milyon, İsveçrəyə 69 milyon 3 min və Çinə 23 milyon 9 min ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon ABŞ dolları) liderliyini qoruyub. May ayında olduğu kimi iyun ayında da 43 milyon 2 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.

Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26 milyon 8 min ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12 milyon 4 min ABŞ dolları) isə üçüncü olub.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.