Çərşənbə, 08 İyl, 2026

Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq […]

Türkiyəli general: “Azərbaycan ordusu bütün Türk dünyasının qürur mənbəyidir”

“Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibətilə qardaş Azərbaycan xalqını və rəşadətli Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son illərdə Azərbaycan Ordusu yalnız hərbi gücü ilə deyil, həm də yüksək peşəkarlığı, intizamı, vətən sevgisi, qəhrəmanlığı və müasir döyüş qabiliyyəti ilə bütün dünyaya özünü sübut etmişdir”. Bu sözləri Musavat.com-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib. Türkiyəli general […]

NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. “İki sahil” xəbər verir ki, tədbirdə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə köməkçisinin müavini səfir Kevin Hamilton, müttəfiq və tərəfdaş dövlətlərin NATO yanında səfirləri, hərbi nümayəndələri, Alyansın Beynəlxalq Katibliyinin nümayəndələri, eləcə də digər yüksək səviyyəli qonaqlar iştirak […]

Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir. “İki sahil” xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub. Nazir Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətlərində şəxsi heyətə uğurlar arzulayıb. “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli […]

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. “İki sahil” xəbər verir ki, Milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən başlayıb – 1918-ci ildən. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu […]

Hərbi orkestrin müşayiəti ilə möhtəşəm yürüşlər başladı – VİDEO

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb. Musavat. com xəbər verir ki, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək bir neçə marşrut üzrə yürüş edirlər. Bununla bağlı görüntüləri təqdim edirik: Qeyd edək ki, yürüş marşrutları belədir: – I yürüş marşrutu: Heydər Əliyev […]

General rütbəsi alan hərbçilər kimdir? – DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilən Ruslan Ağasiyev Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. Ölkə.az-ın əldə etdiyi məlumata görə, o, 1976-cı ildə Qusar rayonunda anadan olub. 1997-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 2016-cı ilin Aprel döyüşlərində N saylı briqadanın komandiri olub. 44 günlük Vətən müharibəsində isə Birinci Ordu Korpusun qərargah […]

Ölümündən sonra təltif edilən polkovniklər – SİYAHI

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. Ölkə.az xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. Tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu və polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub

Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitri Jukovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən baş tutub. “Qayda və qanunun qorunması və hərbi obyektlərin mühafizəsinin […]