Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Çətin ilin iqtisadi sınaqları – İCMAL

By Vüsal Rafiqoğlu
31.12.2020 5 Min Read

2020-ci il həm əhəmiyyətli proseslərlə yadda qalan, həm cəmiyyəti fərqli situasiyalarla qarşı-qarşıya qoyan, həm də iqtisadi aktivlik cəhətdən passiv bir il oldu.

İlin əvvəlində bir-neçə vacib iqtisadi tədbir həyata keçirildi. Bunlardan ilki yanvarın 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üzrə İsveçrə Konfederasiyasına işgüzar səfərə başlaması, daha sonra isə Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolunun imzalanması oldu. Eləcə də, Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində Romada Azərbaycan-İtaliya biznes-forumu baş tutdu.

Həmçinin, 25 fevral tarixində Bakıda Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi. Bunun ardınca “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin imzalandı.

Artıq fevral ayının sonundan başlayaraq ölkədə də pandemik vəziyyət özünü göstərməyə başladı. Pandemiyanın miqyasının genişlənməsi daha sərt karantin tədbirlərin tətbiq edilməsinə gətirib çıxardı və bir sıra sahələr üzrə iqtisadi fəaliyyət məhdudlaşdırıldı.

Beynəlxalq miqyasda fəaliyyət sahələrindəki məhdudiyyətlər qlobal bazarda neftə olan təlabatı da azaltdı. Dünya bazarında aprel ayı ərzində neft qiymətləri rekord səviyyədə aşağı düşdü. Bu təbii ki, Azərbaycan neftinin qiymətinə də təsirsiz ötüşmədi. Aprel ayında Azərbaycan neftinin qiyməti tarixi minimum həddə – 15,81 ABŞ dollarından satıldı.

2020-ci əsas hadisələrindən biri Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”ın lisenziyasının ləğv edilməsi oldu. Bu hadisənin bank sektorununa olan inamı müəyyən qədər azaltdığı bildirildi. Bu günün özündə də bankın əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir, artıq 24 mindən çox insan 615 milyon manatdan artıq kompensasiya alıb.

Bütün bunlar ölkədə dövlət tərəfindən sahibkarlıq subyektlərinə və fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsini labüd etdi. Prezidentin sərəncamı ilə pandemiyadan əziyyət çəkən şəxslərə, aztəminatlı ailələrə, fəaliyyəti məhdudlaşdırılmış sahibkarlıq subyektlərinə, özünüməşğulluq proqramının genişləndirilməsi, səhiyyə sisteminin gücləndirilməsi məqsədilə 1,5 milyard manatlıq tədbirlər planı hazırlandı. Ümumilikdə isə bütün mənbələr hesabına iqtisadiyyata bu dövr ərzində bütövlükdə 3,5 milyard manat həcmində sosial-iqtisadi yardım paketi müəyyən edildi. Pandemiyanın qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrıldı. Təkcə maliyyə dəstəyi deyil, geniş sferanı əhatə edən vergi güzəştləri tətbiq edilməyə başlanıldı. Pandemiyanın yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi xüsusi fəaliyyət istiqamətlərinə aid edildi. Əsas etibarilə pandemiyadan zərər çəkmiş 4 böyük sektor müəyyənləşdi. Bura sənaye, ticarət, turizm, ictimai iaşə və digər xidmətlər sektorları və nəqliyyat sektoru daxil idi.

Bütün bunlara baxmayaraq ilin 6 ayının yekunları olduqca müsbət dəyərləndirildi. 2020-ci ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil etdi.

Növbəti dövrdə pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq üçün Tədbirlər Planının təsdiq edildi və onun icrası üzrə İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölündü. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulurdu. Həmçinin, maliyyə sektoruna da əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə təsdiqləndi.

Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi qərarına gəlindi. Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanmış bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə etməsi gözlənilirdi.

Fәrdi sahibkarlara dəstək məqsədilə birinci mərhələdə 107 min 256 vergi ödəyicisinə 63 milyon 709,2 min manat, ikinci mərhələdə 50 min 148 vergi ödəyicisinə 13 milyon 252 min manat, üçüncü mərhələdə isə 12 min 982 vergi ödəyicisinə 5 milyon 991,9 min manat ödənildi.

Muzdlu işçilәrin әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi məqsədilə isə birinci mərhələdə 50 minə yaxın vergi ödəyicisi üzrə 462,5 min nəfərə 204,4 milyon manatdan artıq vəsait ayrıldı.

Sentyabr ayının sonunda Azərbaycan torpaqlarının azad edilməsi uğrunda müharibəyə başladı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, o cümlədən Füzuli, Çəbrayıl, Zəngilan, Qubadlı və Çuşa şəhərləri, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Vətən müharibəsinin yekunu kimi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanatda Kəlbəcər, Ağdam və Laçın heç bir hərbi müdaxilə olmadan Azərbaycana qaytarılmasına qərar verildi. Bu həm diplomatik, həm də iqtisadi uğur hesab edilə bilər. Çünki bu ərazilər heç bir hərbi müdaxilə və itki olmadan Azərbaycana qaytarıldı. Bu müharibənin nəticəsi kimi Azərbaycan qiyməti olmayan sərvətlərini yenidən qazandı. Bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasına və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə imkan verəcək.

Artıq 2021-ci ilin büdcəsində işğaldan azad edilən ərazilərə yönəldiləcək vəsait açıqlanıb və təstiq edilib. Bu məbləğ 2,2 milyard manat həcmindədir.

Daha bir əhəmiyyətli hadisə Türkiyənin İğdır ilindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına xüsusi boru xətti ilə təbii qazın verilməsi ilə bağlıdır. Naxçıvana Türkiyədən təbii qazın verilməsini təmin edəcək müqavilə ilə iki ölkə arasında enerji sahəsi üzrə daha bir uğurlu layihəyə imza atıldı.

Bu ilin mühüm hadisələrdən biri də ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsini təşkil edən Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi başa çatması oldu. Bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi tam olaraq yekunlaşdı. Artıq ilin son günündə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

Daha bir nailliyyət tranzit yükdaşımalarla bağlı idi. Bu ilin Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakıya daxil oldu. Yüklər Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə çatdırıldı.

İlin sonlarına yaxın bank sektorunda müəyyən stabillik və müştəri aktivliyi qeydə alınmağa başlandı. Digər əhəmiyyətli hadisələrdən biri əmanətlərin sığortalanması ilə bağlı yeni mexanizmin qüvvəyə minməsi oldu. Əmanətlərin siyahısına notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər də daxil edildi və tam qorunan əmanətlərin həcmi 100 min manata qədər artırıldı. Əmanətlərin tam sığortalanması müddəti isə 2021-ci il 5 aprel tarixinədək uzadıldı.

İqtisadi mənzərəyə rəsmi rəqəmlərlə yekun vursaq deyə bilərik ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 64,7 milyard manatlıq ümumi daxili məhsulu istehsal edildi. Bu da ötən 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz daha azdır. Əhalinin nominal gəlirlərinin həcmi 50,2 milyard manat – ötən ilə nisbətən 1,3 faiz az olsa da, 2020-ci yanvar-oktyabr aylarında orta aylıq əməkhaqqında 14,7 faiz artım müşahidə olundu.

2020-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 22 milyard 241,1 milyon manat vəsait daxil oldu, büdcədən 22 milyard 162,7 milyon manat vəsait xərcləndi. Bununla da büdcənin icrasında 78,4 milyon manatlıq profisit yarandı.

Xarici ticarət əlaqələrində ixrac edilən məhsulların həcmi idxalı üstələdi və bununla da ölkənin 3,4 milyard dollar həcmində müsbət ticarət saldosu yarandı. Eləcə də, 2020-ci ilin sonuna qədər qeyri neft-qaz sənayesində 11,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2 faiz, nəqliyyat və anbar təsərrüfatında 3,7 faiz, informasiya və rabitə sahəsində 1,6 faiz artım qeydə alındı.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan Azərbaycandakı Türkiyə əsgərlərini təbrik etdi

Next

Dövlət sosial müdafiə fondunun gələn il üçün büdcəsi təsdiqləndi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv