Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Fərqli ölkələrdə Yeni il necə qarşılanır?

By Vüsal Rafiqoğlu
31.12.2020 4 Min Read

Yeni il bütün ölkələr tərəfindən qeyd olunan beynəlxalq bayramdır. Təqvim ilinin yanvarın 1-dən hesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulmuşdur. Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı Roma allahı Yanusun şərəfinə adlandırılıb.

 İlk dəfə 1700-cü illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeyd edilməsi ilə bağlı qərar verdi. Elə həmin dövrdə də yolkaların bəzədilməsi, atəşfəşanlığın və kostyum karnavallarının təşkili ənənəsi yarandı. Yeni il müxtəlif ölkələrdə eyni həvəslə, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır. Lakin müxtəlif ölkələr bu bayramı fərqli tərzdə qeyd edirlər.

Yunanıstan

Yunanıstanın bəzi əyalətlərində Yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquqlar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxır. Bu ölkədə daha bir maraqlı Yeni il adəti var. Bu qədim ənənəyə, görə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə Yeni il də bir o qədər uğurlu və bərəkətli olar.

Vyetnam

Cənub-şərqi Asiya ölkələrində, xüsusilə də Vyetnamda Yeni il 21 yanvar – 19 fevral arasında qeyd olunur . Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Bu ölkədə Yeni ili düyü yeməyi ilə qarşılayırlar. Vyetnamlıların qədim adətinə görə, Yeni il axşamı onlar canlı balığı çaya  buraxırlar. İnanca görə, balığın belində Tanrı oturur və bu canlı vyetnamlılar üçün müqəddəs sayılır. Bu gecə küsülülər mütləq barışır.Vyetnamlılar, həmçinin Yeni il axşamı sevdiklərinə çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar.

Yaponiya

Yaponiyada uşaqlar Yeni ili təzə geyimlərdə qarşılayırlar və bunun onlara sağlıq və uğur gətirəcəyinə inanırlar. Yeni il gecəsi onlar yastıqlarının altına arzuladıqları əşyanın şəklini qoyurlar və inanırlar ki, bununla arzuları yerinə yetəcəkdir. Yaponiyada Şaxta babanı “Seqaçu-san”, yəni “cənab Yeni il” adlandırırlar.

Rumıniya

Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kökəsindən istiot çıxan adam ilboyu ehtiyatlı olmalıdır. Bəxtlərinə pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

İtaliya

İtaliyada köhnə ilin son gecəsində evdə olan bütün  sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlar isə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evə daxil olmasını gözləyirlər.Qədim inanclara görə, bu sehrli pəri sobanın kənarına asılmış ayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur.

 İrlandiya

Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları  açıq olmalıdır. İstənilən adam istədiyi evə gələ bilər və bu evin sahibləri  onu ən əziz qonaq kimi qarşılayaraq bayram süfrəsi ətrafında ən şərəfli yerdə oturdub ona şirin şərab təklif etməlidirlər. Köhnə ili yola salan irlandiya əhli  badələrini qaldıraraq “Bu evdə və bütün dünyada sülh naminə” sözlərini deyərək içirlər. Ertəsi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması İrlandiyada bir adətdir.

Finlandiya

Finlərin əsas qış bayramı 25 dekabrda qeyd etdikləri Milad hesab olunur. Yeni il gecəsi mistik güclərə müraciət edən finlər mum ilə fala baxırlar. Finlər ərimiş şamı suya damızdıraraq, alınan şəkili təhlil edərək verdikləri suala beləliklə cavab almış olurlar. Bu ölkədə yaşayan hər bir vətəndaş üçün müxtəlif yeməklər və içkilər ilə təşkil olunmuş məclislər müqəddəs bir işdir. İçkilər arasında mütləq gavalı və şırin çəltik xəşili  olmalıdır.Qeyd etmək lazımdır ki, finlərin Şaxta babası Youlupukki adlanır,tərcümədə “Milad keçisi” deməkdir. Qədim inanclara görə, Youlupukki çox xeyirxahdır və bütün arzuları yerinə yetirir. Əsas odur ki,ona müraciət edərək yüksək səslə danışmaq olmaz. Əgər arzularınızın çin olmasını istəyirsinizsə, pıçıltı ilə xahiş etməlisiniz.Əks halda səsinizi pis ruhlar eşidə bilər və istəyiniz gerçək olmaz.

Almaniya

Yeni il gecəsi Santa Klausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Almaniyada, həmçinin bayram axşamı gələn ilin bütün aylarında havanın necə olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğan götürüb alt tərəflərini kəsirək, ora duz səpib süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.

Monqolustan

Monqolustanda Yeni illə heyvandarlıq bayramı bir vaxta təsadüf etdiyinə görə bu ölkədə Şaxta baba  çobandır. Həmin gün monqollar müxtəlif idman yarışları keçirirlər. Bu gün həm də monqollar üşün müqəddəs heyvan sayılan atların yarışı keçirilir.

Rusiya

Rusiyada isə hər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə, süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə, donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edərək, mütləq qonaq getməlidirlər.

Samirə Tağıyeva,

“İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azad olunmuş ərazilər iqtisadiyyatın inkişafına böyük töhfə verəcək

Next

Üç medala layiq görülən rəssam şəhidimiz – Video

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv