Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Vasif Talıbov Şərur rayonundakı hərbi hissədə olub

By Vüsal Rafiqoğlu
31.12.2020 4 Min Read

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir”.

Əsası Ulu Öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasında qoyulan həmrəylik və ordu quruculuğu siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Birlik və həmrəylik ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, həm də ordumuzun qüdrətini artırır. Bunun nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi qələbə qazandı. Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətimdən bildirilib ki, dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissədə olub.

Əlahiddə Ümummqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək deyib: Bu il ölkəmiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Qələbə bayramı ilində qeyd edir. Həmrəylik günü 1991-ci il 16 dekabrda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyev tərəfindən qəbul edilmişdir. Həmin dövrdə Azərbaycanda separatizm, hərc-mərclik, qarşıdurmalar hökm sürür, bundan istifadə edən düşmən isə topaqlarımızı işğal edirdi. Lakin Naxçıvanda əhali Ümummilli Liderin ətrafında birləşərək sabitlik, inkişaf yolunu seçdi, muxtar respublikanın ərazisini qorudu, Heydər Əliyev-xalq birliyi yarandı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanda yaranmış Heydər Əliyev-xalq birliyi, həmrəyliyi bütövlükdə Azərbaycanda dövlət-xalq birliyinə çevrildi. Ulu Öndərin rəhbərliyi və qətiyyəti sayəsində Azərbaycanda sabitlik yarandı, müstəqilliyimiz qorundu və hərtərəfli inkişafın əsası qoyuldu.

Ali Məclisin Sədri deyib: Ümummilli Liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. 1991-ci ilin 16 dekabrından başlanan həmrəylik 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. 30 il əvvəl Naxçıvanda qəbul olunan qərar dünyada yaşayan bütün azərbaycanlıların həmrəylik gününə, həmrəylik nəticəsində qazanılmış qələbə isə dünya azərbaycanlılarının qələbəsinə çevrilmişdir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır”.

Ali Məclisin Sədri əsgər və zabitlərə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Zabit İntiqam Ağasıyev minnətdarlıq edərək deyib: Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olub. Ulu Öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirib, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin Ulu Öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan Ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərib, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlib, qazi olublar. Onlar göstərdikləri rəşadətə görə Ali Baş Komandan tərəfindən “Vətən müharibəsi qəhrəmanı” fəxri adına layiq görülüb, orden və medallarla təltif olunublar. Fəxrlə sadaladıqlarım bizim üçün örnəkdir. Bundan sonra da xidmət dövründə bu qəhrəmanlıqlardan nümunə götürəcək, Vətənimizin keşiyində ayıq-sayıq dayanacağıq.

Əsgər Ziyarət Məmmədov muxtar respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlərin görüldüyünü bildirib, Ali Məclis Sədrinin şəxsi heyətlə görüşlərinin birlik və həmrəyliyin nümunəsi olduğunu diqqətə çatdırıb. Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Hərbi hissəyə Sədərək rayonundakı yeni yaşayış binasında iki otaqlı xidməti mənzil verilib.

Ali Məclisin Sədri yeni mənzilin açarını hərbi hissənin zabiti Amil Rəhimliyə təqdim edib.

Amil Rəhimli minnətdarlıq edərək deyib: Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Xidmət etdiyim Əlahiddə Ümumqoşun Orduda isə bu işlər Ali Məclisin Sədrinin daim diqqət mərkəzindədir. Xüsusilə ön xəttə xidmət edən hərbi qulluqçuların ailə üzvləri hərtərəfli şəraitə malik mənzillərlə təmin edilir. Bu da onların rahat yaşamaları ilə yanaşı, xidməti fəaliyyətə də öz müsbət təsirini göstərir.

Sonra Ali Məclisin Sədri hərbi hissədə xidmətin təşkili, şəxsi heyətin qidalanması və döyüş hazırlığının vəziyyəti ilə maraqlanıb.

Gətirilmiş ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib, xidməti mənzillə təmin olunan ailəyə xalça hədiyyə edilib.

* * *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində olub, xəstələrə və tibb işçilərinə hədiyyələr paylanılıb, gətirilmiş ərzaq məhsulları anbarlara təhvil verilib.

AZƏRTAC

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan könüllüləri aztəminatlı ailələrə və tənha ahıllara bayram sovqatları çatdırıblar – FOTO

Next

Mənsum İbrahimov Prezidentə təşəkkür etdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv