Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Həyatımız 180 dərəcə dəyişmişdi

By Vüsal Rafiqoğlu
02.01.2021 3 Min Read

Vətən müharibəsində iştirak edən könüllü döyüşçülərdən biri jurnalist Hafiz Əhmədovdur. O, sentyabrın 21-dən təlimlərə qatılaraq Qarabağın işğaldan azad olunması uğrunda döyüşüb.

Bu yaxınlarda tərxis olunan jurnalist Vətən Müharibəsi ilə bağlı xatirələrini Azvision.az-la bölüşüb.

O, Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində xidmət edib.

“Tovuz döyüşləri ərəfəsində Prezident çıxış edərək dedi ki, kim döyüşlərə qatılmaq istəyirsə, hərbi komissarlığa müraciət etsin. Bundan sonra könüllü gedib adımı yazdırdım. Sentyabrın 21-i komissarlığa çağırıldım və müharibə başlayana qədər təlimlərdə oldum, ağır proqramları icra etdik. Hər şey nizam-intizama uyğun həyata keçirilirdi. Həmin gündən geyindiyim hərbi formanı 99 gün sonra çıxarıb təhvil verdim.

Əsgərlikdə Hərbi Hava Qüvvələrində xidmət etmişdim. Bu səbəbdən məni hava hücumundan müdafiə bölmələrinə ayırdılar. Mənimlə birlikdə 247 könüllü var idi. Sonradan bizi böldülər. Hərə bir peşənin sahibi idi. Onların arasında fəhləyə, çobana, ofisianta, hətta qəbir qazana da rast gəlmək olardı. Bir çoxu bəlkə də, Qarabağın xəritədə yerini, yolunu tanımırdı. Ancaq içlərindəki Qarabağ yanğısı, erməniyə nifrət yollarını ora salmışdı.

Ən bahalı raket kompleksləri ixtiyarımızda idi. Hava məkanımızı düşmənin zərbələrindən qoruyurduq. Ermənilər dəfələrlə Mingəçevir Su Elektrik Stansiyasını vurmağa cəhd etdilər. Ancaq oranın mühafizəsini çox güclü təşkil etmişdik. Ordumuzun, zabitlərimizin, könüllülərin peşəkarlığı nəticəsində hücumun və böyük bir faciənin qarşısı alındı. Oranın vurulması 8 rayonun suyun altında qalmasına və ölkənin elektrik enerjisinin kəsilməsinə səbəb olardı.
Batareyamızın sonrakı xidməti Qubadlıda, Zəngilanda, Cəbrayılda davam etdi. Mən özüm də həmin ərazilərin bəzi kəndlərində oldum.Tərtərin çox yaxınlığında, Goranboy istiqamətində müdafiələr təşkil edirdik. Texnikaları erməni ilə ön xəttə yerləşdirmirdilər. Hər an nəsə ola bilərdi.

Gəncə şəhərində raket zərbələri endirilən günün səhəri bölməmiz ora getdi. Gəncənin hava məkanının müdafiəsində iştirak etdik. Bizim orada çox uğurlu atışlarımız oldu. Əks halda Gəncədə növbəti belə bir faciəvi hadisə ola bilərdi”.

Jurnalist H. Əhmədov Ordumuzun döyüş texnikaları ilə təchizatının mükəmməl olduğunu vurğulayıb:

“Gecə-gündüz mövqelərimizdə növbədə olurduq. Bizə məlumat daxil olurdu ki, bu istiqamətdə düşmənin qırıcı təyyarələri gəlir. Belə bir vəziyyətdə dəqiqə deyil, saniyələr belə qiymətli idi. Bir neçə saniyə ərzində hansısa strateji obyekti vura bilərdilər. Ancaq komandirlərimizin ayıq-sayıqlığı nəticəsində onlara heç qalxmağa imkan vermirdik. Polkovnik və yüksək rütbəli hərbçilər deyirdilər ki, hava hücumundan müdafiə sisteminin döyüşü bir neçə saniyə çəkir. Bu saniyələr ərzində ya məhv ola bilərsən, ya da qarşı tərəfi məhv edə bilərsən. Düşmənə qısa zaman ərzində milyardlarla zərər vura bilərik. Düşmən qırıcıları havaya qalxanda raketlərimiz tam hazır vəziyyətə gətirilirdi. Bu zaman texnikamız şüa buraxırdı, düşmən müəyyənləşdirirdi ki, bu yerdə onların qoşunları yerləşir. Buna görə də saniyələr ərzində mövqe dəyişməli olurduq.

Biz özümüz də eyni taktika ilə düşmən təyyarələrinin haradan qalxdığını müəyyənləşdirirdik. Buna görə də onlar ən bahalı qırıcı təyyarələrini göyə qaldırmağa çəkinirdilər. Müharibənin sonlarına yaxın yenidən başladılar. Kapitanımız düşmənin iki Su-25 təyyarəsini məhv etdi. Biz onunla qürur duyuruq. Bu, ermənilərə milyonlarla zərər vurmaq demək idi. Həmin qırıcı təyyarələrin qiyməti çox bahadır.

Bizimdə bahalı raket sistemlərimiz var idi. İnanmaq olmurdu ki, Ordumuz belə bahalı və xeyli sayda sistemlə təchiz olunub. Arada düşünürdüm ki, texnikalarımız bitə bilər, amma görürdüm ki, qətiyyən arası kəsilmir. Onda başa düşdüm ki, dövlət Ordunun silahlandırılmasına kifayət qədər vəsait ayırıb. Müharibə davam edərdisə, yenə də silah baxımından problem olmayacaqdı. Həyatımız 180 dərəcə dəyişmişdi. Heç vaxt görmədiyimiz texnikalarla qarşılaşmışdıq.

Sizə maraqlı bir hadisəni danışım: Kəlbəcərə texnika göndərirdik. Orada çox ağır işlər həyata keçirilirdi. Mən təmizləmə, mazlama ilə məşğul idim. Həmin an yüksək rütbəli zabit gəldi və hamı ilə əl verib görüşdü. Mən əlimi mazlı olduğundan uzatmaqda tərəddüd etdim. O, mənim əlimi özünə tərəf çəkdi və dedi ki, sizin əlləriniz bərəkətlidir, sizin kimi əsgərlərin sayəsində bu gün torpaqlarımızı azad edirik. Komandirlər deyirdi ki, könüllülərin gəlməsinə böyük ehtiyac var idi”.

Həmsöhbətimiz deyir ki, işğaldan azad olunan ərazilərə ilk ayaq basanlardan biri olmaq onun üçün qürurverici haldır:

“Deyirlər, kişilər ağlamaz. Ancaq Şuşa azad olunan gün səhərə kimi ağladım. Hamı əl çalırdı. Hətta zabitlərimiz, polkovniklərimiz göz yaşlarını saxlaya bilmirdilər. Hər şey qələbəyə köklənmişdi. Humanitar atəşkəs imzalananda elə bildik ki, müharibə dayandırılacaq, çox əsəb, stress keçirdik.

Axşam növbəsində mənimlə birgə olan zabitlərimizdən birinin 3 yaxın ailəvi dostu şəhid olmuşdu. Kefsiz idi. Ona başsağlığı verdim və dedim ki, müharibə bəlkə də dayansa yaxşıdır. Üzümə baxdı, bildirdi ki, dayanmamalıdır, sona kimi getməliyik. Onda başa düşdüm ki, nə qədər itki olmasından asılı olmayaraq, Ordumuz sona kimi getməyə iddialıdır. Kimi qardaşını, kimi dostunu itirirdi. Gözündən yaş axırdı, amma texnikasının yanından ayrılmırdı. Xidmətinin başında idi.

Şuşadan sonra biz Xankəndini və başqa rayonları gözləyirdik. Müharibənin qəfil bitəcəyi ağlımıza da gəlməzdi. Gecə növbədən gəlmişdim. Prezident çıxış edərək müharibənin bitdiyini elan etdi. Həmin vaxt kədər və sevinc dolu qarışıq hisslər keçirdim.

Çox istərdim ki, gənclərimiz bundan sonra da yüksək təhsilə sahiblənsinlər. Bizə təhsilli, savadlı kadrlar lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizi inkişaf etdirsinlər, çiçəkləndirsinlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident Rober Osseynin ailəsinə başsağlığı verib

Next

2021-ci ildə nələr baş verəcək?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv