Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dağlıq Qarabağdakı azərbaycanlılar: Gözlənilən geri dönüşün vacib məqamları – TƏHLİL

By Vüsal Rafiqoğlu
04.01.2021 3 Min Read

Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə əlamətdar olan Qarabağ müharibəsindəki parlaq qələbəsi bu bölgədə dinc və məhsuldar həyat qurmaq üçün imkanlar açdı.

Sülhün möhkəmləndirilməsi şəraitində qaçqınların geri dönməsi mühüm yer tutur ki, bu da 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əsas müddəalarından biridir.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imza atdığı Bəyanatın 7-ci bəndində deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qayıdırlar”.

Beləliklə, bu sənəd beynəlxalq hüquqa tam uyğundur, dağlıq hissə də daxil olmaqla bütün Qarabağ sakinlərinin öz doğma torpaqlarına qayıtmaq hüququnu tanıyır.

Xüsüsən də bu hüquq Azərbaycan ordusunun 27 sentyabrda başlayan əks-hücum əməliyyatından sonra bu ərazini tərk etmiş ermənilərə, həm də 1990-cı illərin əvvəllərində erməni işğalçı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində doğma şəhər və kəndlərindən qovulmuş azərbaycanlılara aiddir.

Üçtərəfli sənədin imzalanmasından və Azərbaycanla Ermənistan arasında atəşkəsin qüvvəyə minməsindən sonra erməni qaçqınlar Rusiya sülhməramlılarının köməyi ilə Xankəndiyə və Qarabağın dağlıq hissəsindəki bir sıra yaşayış məntəqələrinə qayıtmağa başladılar.

Rusiya sülhməramlılarının verdiyi məlumata görə, 40 mindən çox erməni artıq Dağlıq Qarabağa qayıdıb, lakin istisna edilmir ki, qayıdan erməni əhalisini bəzi hissəsi bu ərazidə yaşamağa planlaşdırmır (sadəcə əşyalarını götürmək, mənzil satmaq, məişət xarakterli digər problemləri həll etmək məqsədi ilə müvəqqəti gəlib).

Bu arada vacibdir ki, azərbaycanlı məcburi köçkünlərin də Qarabağın dağlıq hissəsinə qayıtması məsələsi tezliklə həllini tapsın.

Bu prosesin qaçılmazlığı və qanuniliyi Ermənistan Baş nazirinin mətbuat katibi Mane Qevorqyanın timsalında təsdiqlənməsi də diqqət çəkir:

“Üçtərəfli bəyanatda qaçqınların qayıtmalı olduqları yerə qayıdacaqlarına dair bənd var. Onların sayına gəlincə, mən Azərbaycanda deyiləm və bu ölkəni təmsil etmirəm”.

Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz hesabatında bildirmişdir ki, 12 024 nəfər Azərbaycan vətəndaşı Xankəndidə anadan olub, lakin 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bu insanlar oranı tərk etmək məcburiyyətində qalıblar.

Xankəndinin işğalı illərində bu şəhərdən olan azərbaycanlı qaçqınları və onların yeni doğulan övladlarını da nəzərə alsaq bu say xeyli artıb.

Beləliklə, ən azı 25-30 min azərbaycanlı məcburi köçkün Xankəndiyə qayıtmalıdır.

Müqayisə üçün qeyd edək ki, erməni tərəfinin məlumatlarına görə, 44 günlük müharibə başlamazdan əvvəl Xankəndidə təxminən 50 min insan yaşayırdı.

İstisna edilmir ki, bu rəqəm şişirdilib. Ancaq istənilən halda, döyüş əməliyyatları dövründə demək olar ki, bütün mülki əhalinin şəhəri tərk etməsi nəzərə alsaq, üçtərəfli bəyanat imzalandıqdan sonra Xankəndiyə qayıdan ermənilərin sayı 50 minə çata bilməz.

Bu arada, başqa bir amil var ki, o, Xankəndi və hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan digər yaşayış məntəqələrinin əhalisinin gələcək etnik tərkibinə mühüm təsir göstərəcək.

Yalnız Azərbaycan ərazisində doğulan və orada yaşamış ermənilər Qarabağın dağlıq hissəsinə qayıtmaq hüququna malikdirlər.

Eyni zamanda, onlar bilməlidirlər ki, Azərbaycan cəmiyyətinin tam hüquqlu bir hissəsinə çevrilmək, Azərbaycan xalqının mehriban, vahid ailəsinə daxil olmaq üçün Azərbaycan vətəndaşlığını qəbul etmələri qaçılmaz şərtdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Qarabağda yaşayan ermənilərinin təhlükəsizlik hüququna tam təminat veriləcəyini bəyan edib.

Vətən müharibəsi zamanı Prezidentin verdiyi müsahibələrdən birində söylədiyi açıqlamanı xatırlamaq kifayətdir.

“Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşı olaraq təhlükəsizliklərinin təmin olunacağına əmin ola bilərlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar xuntanın ləğv edilməsindən sonra daha yaxşı yaşayacaqlar” deyə dövlət başçısı əminliklə bildirib.

Azərbaycanlılara gəlincə, yalnız məcburi qaçqınlar deyil, onların gələcək nəsillərinin də Dağlıq Qarabağda yerləşmə hüququ var.

Cünki Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir.

Məhz buna görə də heç kim bir bakılını, şamaxılını, gəncəlini, qubalını, ümumiyyətlə, Azərbaycan Respublikasının hər hansı bir bölgəsindən olan vətəndaşın öz dövlətinin ərazisindəki yaşayış yerini dəyişərək elə həmin Xankəndiyə köçməsinə qadağa qoya bilməz. Yaxud işğala qədər, ümumiyyətlə, istisnasız olaraq azərbaycanlıların məskunlaşdığı Xocalıya. Yeri gəlmişkən, Xocalıya qayıdış işğaldan azad edilmiş torpaqlara qayıtmağımızın əsas istiqamətlərindən biri olacaq. Bunu təkcə tarixi ədalətin bərpası deyil, həm də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən törədilən soyqırımı qurbanları olan işgəncə verilmiş soydaşlarımızın müqəddəs xatirəsi tələb edir.

Beləliklə, nəinki erməni əhalisinin, eləcə də azərbaycanlı məcburi köçkünlərin Qarabağın dağlıq hissəsinə qayıtması, həmçinin, hər bir Azərbaycan vətəndaşının bu müqəddəs torpağın hər qarışında məskunlaşmaq arzusu ilə bağlı hüququnun təmin edilməsi Böyük Qələbə ilə şərtləndirilən Böyük Qayıdış prosesinin təməl daşlarından biridir.

Bu, doğma Qarabağın dirçəlişinin prioritetini təşkil edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Caliber: Ermənistan üçün yeni kredit boyunduruğu – VİDEO

Next

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv