Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Daşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu – FOTO

By Vüsal Rafiqoğlu
05.01.2021 3 Min Read

Vətən müharibəsinin qəhrəmanlarından olan Şirxan Quliyev əslən Xocavənddəndir. Ailəsinin o torpaqlara qayıdacağına heç vaxt inamını itirməyən Şirxan Vətən müharibəsində son damla qanına qədər döyüşərək şəhid olub.

ARANTV.AZ bildirir ki, AZƏRTAC-ın müxbiri şəhidin şərəfli döyüş yolu barədə məlumat almaq üçün Beyləqan rayonunda yerləşən Xocavənd rayon məcburi köçkün qəsəbəsində yaşayan Quliyevlər ailəsinə baş çəkib.

1995-ci il sentyabrın 27-də məcburi köçkün ailəsində dünyaya göz açan Şirxanın bir zamanlar yaşadığı evdə ondan geriyə xatirələri qalıb. Çarpayısında şanlı üçrəngli bayrağımız, divarda isə Şirxanın hərbi geyimi var. Bir də onun çəkdirdiyi fotolar və bir neçə əşya. Bu gördüklərimizin hər birində Şirxanla bağlı minlərlə xatirə canlanır. Şəhidin ailəsi ilə həmsöhbət olduqca onun necə mərd, vətənə bağlı olduğunu daha dərindən öyrəndik. Şirxan dünyaya gələndə ailəsi üç il idi torpaq həsrəti ilə yaşayırdı. Böyüdükcə ata-baba yurdunun düşmən tapdağında olduğunu bilmək Şirxanın ürəyində bir hərbçi olmaq arzusunu formalaşdırır. Söylədiyi və vəd etdiyi söz isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canımdan keçməyə hazıram ifadəsi olur. Bu istəklə Şirxan həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətçi olaraq vətən keşiyində dayanmağı özünə şərəfli yol olaraq seçir. Beş il o, cəbhənin müxtəlif istiqamətlərində xidmətdə olub. Gözlədiyi bir məqam isə döyüş əmrinin verilməsi idi. Bu arzu isə Şirxana sentyabrın 27-də nəsib olur. Ailəsi ilə danışan Şirxan deyib ki, “məqam həmin məqamdır, biz torpaqlarımızı azad edəcəyik”.

Şəhidin atası İsmixan Quliyev Şirxan barəsində qürurla danışır. Doğma yurdu olan Xocavənd torpaqlarına qovuşmaqda övladının da payı olan şəhid atası fəxr hissi ilə deyir: “Şirxan ağlı kəsən gündən deyirdi ki, torpaqlarımızı gec-tez düşməndən azad edəcəyik, hər birimiz o gözəl, səfalı Qarabağımıza qayıdacağıq, o dağlarda bizim şanlı bayrağımız dalğalanacaq. Belə də oldu. Düzdür, o, şəhidlik zirvəsinə ucalsa da, özündən sonra şanlı bir tarix yazan qəhrəmanlarımızdan biri olaraq iz qoydu. Şirxanın döyüş yolundan danışan atası deyir ki, o, öncə Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, bir çox ərazilərin azad edilməsində rolu olub. Oradan Qubadlı istiqamətinə yollanıblar. Həmin ərazidə də bir çox uğurlu tapşırıqlarda Şirxan da iştirak edib. Noyabrın 3-də Daşaltı uğrunda gedən döyüşlərdə Şirxan yaralansa da, döyüşə davam edib. Noyabrın 7-də isə Şirxan şəhidlik zirvəsinə ucalıb.

Şəhid anası Raisə Quliyeva qəhrəman övladı haqqında indi qürurla danışır: “Müharibədən hələ əvvəl Şirxanla danışarkən deyirdim ailə qurmaq vaxtındı. O, deyərdi ki, torpaqlarımız azad edilsin, sonra ailə qurmaq haqqında düşünərəm. Şirxanın sevmədiyi ifadə qaçqın kəlməsi olub”. Sonuncu dəfə noyabrın 2-də ailəsi ilə əlaqə saxlayan Şirxan qələbə çox yaxındır, biz artıq Şuşanı da alacağıq, bayrağımızı orada dalğalandırıb gələcəyəm deyə söz verib. Lakin Şirxanın şəhidlik xəbəri Şuşanın azad edilməsindən bir gün öncə gəlib. Özü həyatda olmasa da, ailəsinə verdiyi vədlər gerçəkləşib.

Şəhid bacısı İlkanə Quliyeva qardaşı ilə hər zaman fəxr etdiyini söyləyib: “Biz uşaq olarkən mənə deyirdi ki, biz niyə qaçqın olduq, niyə biz öz torpaqlarımızda deyilik. Ona görə də hələ balaca vaxtından arzusu böyüyəndə hərbçi olmaq idi. O, uşaq vaxtı hərbçi görəndə onlarla şəkil çəkdirərdi. Vətənə bağlılığı həddən çox idi. Onun ən böyük arzusu torpaqlarımızın azad edilməsi və bu yolda canından belə keçmək idi”.

Daşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu - FOTODaşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu - FOTODaşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu - FOTODaşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu - FOTO

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Düşmənin arxa postlarına keçib onları məhv etdik – Kəşfiyyatçı qazimiz döyüş yolundan danışıb – VİDEO

Next

Ermənistanın törətdiyi cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsi üçün iş aparılır – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv