Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Qiymət artımı vətəndaşların ailə büdcəsinə təsir etməyəcək”

By Vüsal Rafiqoğlu
05.01.2021 3 Min Read

Hər bir ölkənin hərtərəfli inkişafında iqtisadi amil əsasdır. Nəzərə alsaq ki, dövlətimizin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır, bu halda iqtisadi tərəqqinin rolu özünü daha qabarıq şəkildə büruzə verir. Çünki iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda vətəndaş məmnunluğunun yüksək olması qaçılmazdır. Təkcə son iki ildə həyata keçirilən sosial paketlərə diqqət yetirmək kifayətdir. 2019-cu ildən başlayaraq dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan iki sosial paket 4,2 milyon insanı əhatə etdi. Görülən işlərin davamı olaraq 2020-ci ildə dünyada, o cümlədən ölkəmizdə pandemiya ilə ciddi mübarizə tədbirlərinə başlandığı andan möhtərəm Prezidentimiz İlham Əliyev heç bir sosial layihənin təxirə salınmayacağını bildirdi, dövlətimizin başçısının imzaladığı Sərəncam əsasında icra edilən Tədbirlər Planına uyğun olaraq əhaliyə və biznesə dəstək paketləri reallaşdırıldı və həmin proses bu gün də davam edir. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri üzrə birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə isə 2-ci yerə yüksəlib.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Milli.Az-a bildirib.

V.Rəhimzadə qeyd edib ki, pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlər üzrə 3-cü, 4-cü, 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib. Ünvanlı dövlət sosial yardımına çıxış qaydaları sadələşdirilib. Məqsəd insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi dayanıqlılığın təmin edilməsi fonunda sosial müdafiə tədbirlərini həyata keçirməklə əhalinin sosial rifah halını yaxşılaşdırmaqdır.

“Atılan hər bir addım Azərbaycanın iqtisadi və maliyyə imkanların aydın mənzərəsini yaradır” söyləyən baş redaktor diqqəti bu məqama da yönəldib ki, 2020-ci ilin əvvəlində pandemiya səbəbindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın bu tədbirlərin gücləndirilməsi fonunda müsbət irəliləyişin əldə edilməsi, əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə də təsir edir: “Müqayisəli təhlil aparsaq görərik ki, qardaş Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, hazırda 7,2 lirə civarındadır, yəni 32 faiz artım var. Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari təşkil edib. Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşıb. Rusiyada Yeni il qabağı Aİ-95 benzininin qiyməti 7 faiz artıb. Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropada da özünü göstərməyə başlayıb. Belə ki, noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb”.

V.Rəhimzadə diqqəti Tarif Şurasının qərarına yönəldərək bildirib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bir mühüm məqamı da nəzərə alaq ki, son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib: “Statistikaya diqqət yetirsək, ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb”.

V.Rəhimzadə vurğulayıb ki, Tarif Şurasının qərarında benzin və dizelin qiymətinin artırılmasının səbəbləri və gözlənilən nəticələr öz əksini tapıb: “Həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Gözlənilən nəticələr sırasında bir mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcək. Ümumilikdə, qiymət artımı vətəndaşların ailə büdcəsinə təsir etməyəcək. Dövlətimiz daim bu tədbirləri həyata keçirərkən insanların sosial rifahını, büdcəsini ön planda saxlayır. Region və dünya dövlətləri ilə müqayisə fonunda Azərbaycanda sözügedən yanacaq məhsullarının qiymətinin xeyli aşağı olması da bunu təsdiq edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Qazandığımız zəfərlərə elm və təhsil sahəsindəki uğurlarımızla öz töhfələrimizi verəcəyik” – Nazir

Next

Ölkə üzrə koronavirusa ən çox yoluxma bu yaş qrupu arasındadır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv