Türkiyədən Qətər və Səudiyyə Ərəbistanı arasında sərhədlərin açılmasına reaksiya
Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılmasını alqışlayır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı əldə olunan razılığı alqışlayırıq.Bu razılaşma Fars Körfəzi bölgəsində 2017-ci ilin iyunundan bəri davam edən qarşıdurmanın nizamlanması istiqamətində əhəmiyyətli bir addımdır”.
Nazirlik Fars körfəzində fikir ayrılıqlarının “hərtərəfli və qalıcı” həllinə ümid etdiyini də qeyd edib.