Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“Ana, Qarabağı alaq, sonra evlənərəm” – ŞƏHİDİN sözləri ürək dağladı

By Vüsal Rafiqoğlu
06.01.2021 3 Min Read

“Məndən əvvəl Şəhid olana haqqımı halal etmərəm!”

Bu sözü Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Baş Leytenant Cəmil Nəcəfov deyib.

ARANTV.AZ  Sonxeber.az-a istinadən şəhidin yaxınlarının dili ilə onun həyat hekayəsini izləyicilərlə bölüşür:

“Cəmil Nəcəfov 24 iyul 1993-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Evin son beşiyi, bir bacının tək qardaşı idi. Uşaqlıqda çox sakit, çalışqan, sevgi dolu uşaq olub. Anası Mətanət xanım deyir ki, “uşaqlıqda çox sakit idi. Bugünə kimi yadımdadır. Evdə dolma bükürdüm. Cəmil məktəbin telefonu ilə mənə zəng etdi ki, ana tez gəl, məni döyürlər. Dedim ki, Cəmil, mən burdan ora necə gəlim? Qayıtdı ki, əgər gəlməsən oğlunu döyəcəklər. Getdim məktəbə, gördüm Cəmili 5-6 uşaq birləşib döyüblər. Uşaqları araladım. Dedim ki, Cəmil, birini də sən vur. Dayandı və dedi ki, əlim gəlmir vurmağa…”

Cəmil Binəqədi rayonunda 83 saylı məktəb-liseyində rus bölməsində təhsil alırdı. 6-cı sinifdə anasına deyib ki, “ana, mən gələckdə nə olacağam?”. Anası da ona C.Naxçıvanski adına hərbi liseyi məsləhət görür. Mətanət xanım deyir ki, “Cəmilin özünün də hərbiyə marağı var idi. Xocalı haqqında məktəb tədbiri üçün şeir hazırlayanda dedi ki, görəcəksən Qarabağı 93-cü ilin uşaqları alacaqlar”.

2007-ci ildə imtahanı uğurla verərək, C.Naxçıvanski adına hərbi liseyə qəbul olur. Mətanət xanım deyir ki, çox çalışqan idi. Heçnədən şikayət etməzdi.
Liseyi bitirdikdən sonra – 2011-ci ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. II kursda təyyarəçilik üzrə təhsil almaq istəsə də, boy sarıdan arzusuna çata bilmir. Motoatıcı ixtisası üzrə bitirir. 2015-ci ildə AHM-i bitirib, Leytenant rütbəsi ilə Murovdağa təyinat alır. 2020-ci ilə qədər Murovdağda çətin relyef və hava şəraitində xidmət edir.

Cəmil 2016-cı il “Aprel döyüşləri”ndə yaxından iştirak edərək, böyük şücaət göstərir. Anası deyir ki, “bundan mənim xəbərim yox idi. Atası ilə qızım bilirdi və mənə deməmişdilər. Təsadüfən döyüş yoldaşlarından eşitdim. Sən demə, döyüşlər vaxtı mühasirədə olan hərbçilərimizi və məxfi sənədlərlə dolu hərbi texnikanı düşmən əlinə keçmədən təkbaşına xilas edib. Düşmən snayperi ilə üz-üzə gəlib. Onun atdığı güllədən yayınır və sərrast atəşlə onu məhv edir”.

Cəmil heç vaxt işi barədə danışmağı xoşlamazdı. Hər dəfə mövzunu dəyişərdi.

2018-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubileyi medalı ilə təltif olunur.

2020-ci ilin İyun ayında Qaradağ rayonunda N saylı hərbi hissəyə təyinat alır. Türkiyə ilə birgə hərbi təlimlərə qoşulub və yenə anasından gizlədib.
Cəmil anasına çox bağlı idi. Həm də olduqca mədəni, ədəbli və alicənab biri idi. Anası deyir ki, “qabağına yemək qoyanda əllərimdən öpüb, sonra yeyirdi. Deyirdim niyə belə edirsən? Cavab verirdi ki, ana müqəddəsdi. Anasını sevməyən Vətənini sevə bilməz!”

Hər dəfə evlilikdən söz düşəndə söhbəti dəyişirmiş. Mətanət xanım israr edəndə isə deyirmiş ki, “ana, Qarabağı alaq, sonra evlənərəm. Kimsənin qızını dul, uşağını atasız qoymaq istəmirəm…”. Mətanət xanım deyir ki, “o məni Şəhidliyinə hazırlayırmış. Indi başa düşürəm…”

“Vətən müharibəsi” başlayanda gecə Cəmilə zəng gəlir. Səhərə yaxın saat 4-də tələsərək evdən çıxır. Yemək də yemir. Mətanət xanım yola salmaq istəyib, amma razı olmayıb. Deyir ki, “elə, pəncərədən arxasınca baxdım. Zəng etdim, açmadı…”.

Oktyabrın 3-də zəng edir. Deyir ki, “narahat olmayın, arxa cəbhədəyəm, təlim keçirəm. Bacısı uşaqları bayraq alıb asıblar eyvandan. Deyir ki, yanında Türkiyə bayrağını da asın”.

Ailəsi bilmir ki, Cəmil ön xəttə, ən qaynar nöqtələrdə düşmənə qarşı vuruşur. Füzuli-Cəbrayıl istiqamətində düşmənin başına od yağdırır.
Oktyabrın 7-də atasına zəng vurur. Deyir ki, “bir az qabağa gedirik (yenə arxa cəbhədəyəm deyir), ola bilər ki, 3 gün zəng edə bilməyim”. Ata yenə başa düşmür. Elə bilir, elə, arxa cəbhədədi oğlu.
Mətanət xanım tibb bacısı işləyir. Döyüş bölgəsindən gətirilən yaralılara baxırdı. Deyir, “pis olurdum onları görəndə. Nə biləydim ki, oğlum da yaralar alır, güllələr dəyir…”.

Füzuli istiqamətində mühasirəyə düşürlər. Əvvəl yaralı döyüşçülərimizi çıxardır. Daha sonra özü da yaralanır. Yarasını özü bağlayaraq, 3 nəfər döyüşçü ilə irəli atılır. Döyüşə getməzdən əvvəl yoldaşlarına deyir ki, “məndən əvvəl Şəhid olana haqqımı halal etmərəm!”…

Oktyabrın 10-da mühasirədə döyüşür. Qeyri-bərabər döyüşdə sayca çox olan düşmən atəşləri nəticəsində canından çox sevdiyi Vətəni üçün qəhrəmancasına Şəhid olur…

Yalnız, 4 gün sonra Xüsusi Təyinatlı Qüvvələrin gəlişi ilə düşmən geri çəkilməyə məcbur olur. Cəmilin döyüş meydanında qalan cənazəsini götürmək mümkün olur.
Oktyabrın 16-da Cəmilin tabutu yaşadığı evə gətirilir. Qəribə bir hal baş verir.

Mətanət xanım deyir ki, “həmin gün nəvələrimlə himnimizi oxuyurduq. Əslind, hər gün oxuyurduq, amma həmin gün dedilər pianoda çal, biz oxuyaq. Təzə oxumağa başlamışdım ki, evə polis və hərbçilər gəldi. Başa düşmədim nə baş verir. Yoldaşımın ürəyi gedib, yıxılanda, anladım ki, Cəmilə nəsə olub. Tez həyətə düşdüm. Ağacın yanında bir hərbçi dayanmışdı. Dedim, oğlum, nə olub? Elə bildi qonşuyam. Dedi ki, Cəmil Nəcəfovun tabutunu gətirmişik, amma ailədən çəkinirik. Birdən bizi təhqir edərlər… Dedim, oğlum, gedin uşağımı gətirin, mən təhqir edən ana deyiləm. Özümdən getdim… Elə bilirdim yuxudayam…”

Cəmil Nəcəfov ölümündən sonra “Cəbrayıl şəhərinin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Bakı Metropoliteni”nin keçmiş rəisi vəfat etdi

Next

Bakıda “Mercedes” yandı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv