Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Yanacağın qiyməti dəyişdi – Ekspertlərin proqnozları nə deyir?

By Vüsal Rafiqoğlu
06.01.2021 4 Min Read

Xəbər verdiyimiz kimi Tarif Şurası yanvarın 5-dən Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bəs yanacaq qiymətindəki bu dəyişiklikdən sonra hansı proqnozlar gözlənilir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, Əhalinin böyük əksəriyyəti yanacaq qiymətinin dəyişməsini hiss etməyəcək, qiymət dəyişməsi prosesi bütün dünyada baş verir: “2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq neft və neft məhsullarının qiymətində azalma müşahidə olunsa da ilin sonuna doğru bu tendensiya müsbətə doğru dəyişməkdədir və çox güman ki, koronavirusa qarşı peyvəndin geniş şəkildə istifadə olunmasından sonra bütün dünyada iqtisadi aktivlik yüksələcək, o cümlədən, neft və neft məhsullarına olan tələbat da artacaq.

Neft və neft məhsullarının qiymətinin artımını biz bir çox ölkələrdə müşahidə etdik, o cümlədən, qonşu ölkələrdə, həmçinin Avropa ölkələrində. Onu da qeyd edim ki, Azərbaycan region ölkələrı arasında neft və neft məhsullarının ən ucuz satıldığı ölkədir və benzinin, dizel yanacağının qiyməti də bizdə ən aşağı səviyyədədir. Son dəyişiklikdən sonra yenə də bu aşağı qiymət səviyyəsi qorunub-saxlanacaq”.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında qeyd edir ki,, dövlət yanacağın qiymətinin dəyişməsi ilə paralel ölkədə kəskin qiymət artımının baş verməməsi üçün qabaqlayıcı tətbirlər görür:

“Əhalinin az təminatlı təbəqəsinin alacağı müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Yəni, dövlət yanacağın qiymətinin artırması ilə yanaşı əhalinin sosial müdafiəsi tədbirlərini də gücləndirir. Həm də qeyd etməliyəm ki, 2020-ci ildə bu kateqoriyaya aid insanların müavinətlərinin artırılması ilə bağlı addımlar atılıb. Məsələn, şəhid ailələrinə verilən aylıq müavinət 300-dən 500 manata, Milli Qhrəmanlara verilən Prezident təqaüdü 1500-dən 1800 manata çatdırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb və bu istiqamətdə görülən işlərin siyahısını daha da genişləndirmək olar. Yanacağın qiymətinin artımı düşünürəm ki, ailələrə çox təsir etməyəcək. Bu artımdan dövlət büdcəsinə gələcək gəlirlər yenidən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə belə hesab edir ki, Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması 2021-ci ilin sonunadək ölkədə yanacaq bazarının dövriyyəsini 300 milyon manatadək artıra bilər:

“Qiymətlərin artması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlaradək çatdırılması, ekoloji mühitin yaxşılaşmasına təsiri, neft emalı sənayesinin rekonstruksiyası və modernləşməsi işlərinin davam etməsi ilə əsaslandırılıb”.

Avro-5 standartına keçid nə verəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov isə qeyd edir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur:

“Bu gün Azərbaycanda ən çox istifadə olunan yanacaq növü benzin və dizeldir. Dünyanın bir çox ölkələrində, xüsusən də Avropada aparılan təhlillərin nəticələri göstərir ki, dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri benzinə nisbətən ətraf mühiti daha çox çirkləndirir. Dizel mühərriklərində formalaşan tüstü kəskin qoxusuna və rənginə görə də seçilir. Benzinin tərkibinə xüsusi maddələri əlavə etməklə oktan ədədini qaldırmaq və zərərli emissiyaları azaltmaq mümkün olsa da, dizeldə bu qatqılar effektiv olmur və külli miqdarda əlavə atqılarla nəticələnir.

Ümumiyyətlə, dizellə işləyən mühərriklər yanma prosesində azot oksidləri, bərk hissəciklər, kükürdlü birləşmələr, karbohidrogenlər və onların törəmələri, o cümlədən politsiklik karbohidrogenlər və digər məhsullar formalaşdırır. Formalaşan bu tullantılar nəinki atmosferə, ətraf mühitin bütün digər komponentlərinə zərərli təsir edir. Gözlə görünməyən bərk hissəciklərin isə tərkibində kanserogen maddələr olduğu üçün insan sağlamlığına mənfi təsiri xüsusi qeyd edilməlidir.

Yaxın zamanlarda Avro-5 standartlarına uyğun dizel yanacağının və Aİ-92 benzininin əldə olunmasına nail olacağıq”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib ki, ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb:

“Avtonəqliyyatdan istifadə zamanı 1 ton benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,1 ton dizel yandıqda isə havaya azot-4 oksid 33 kq, kükürd qazı 6 kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq, aldehidlər 6 kq atılır”.

Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Baku Bus” şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.

Bəs qiymət dəyişikliyi maşın bazarına necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə belə hesab edir ki, Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsinin avtomobil qiymtlərinə ciddi təsir etməyəcək: “Avtomobillərin qiymətinə əsasən müyyən qərarlar təsir göstərə bilər. Tutaq ki, idxala tətbiq olunan müəyyən məhdudiyytlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu qəzetlərə maliyyə yardımı göstəriləcək – Siyahı

Next

COVİD-19-un yeni növü qonşularımıza da çatdı – Azərbaycanda vəziyyət necədir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv