Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Mikayıl Cabbarov: “Ermənistanla da əməkdaşlıq edilə bilər”

By Vüsal Rafiqoğlu
20.01.2021 2 Min Read

“Azərbaycanı bu il COVID-19-un səbəb olduğu iqtisadi geriləmədən və işğal altındakı ərazilərinə nəzarəti yenidən bərpa etdikdən sonra iqtisadi artım gözləyir”.

Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg”ə müsahibəsində deyib.

O bildirib ki, 2021-ci ildə ölkədə ümumi daxili məhsul həcmində 3,4 faiz artım proqnozlaşdırılır. Nazirin sözlərinə görə, Azərbaycanın 2021-ci ilə dair proqnozları Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarından daha nikbindir. M.Cabbarov qeyd edib ki, bu il Dünya Bankı Azərbaycan iqtisadiyyatının 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırıb.

Nazir Azərbaycanda vaksinasiya prosesinin də iqtisadi rifah üçün əhəmiyyətli olduğunu deyib:

“Müharibədən sonra yeni geosiyasi reallıqlar, geri qaytarılan ərazilərdə böyük yenidənqurma işləri, sərhədlərin yenidən açılması və regiondakı nəqliyyat əlaqələri Azərbaycanda böyüməyə və məşğulluğa əhəmiyyətli dərəcədə töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat (1,3 milyard dollar) sərf olunacaq”.

Onun fikrincə, istənilən halda orta illik 7 faiz həcmdə iqtisadi artımı tələb edən 10 illik inkişaf planına əsasən 2030-cu ilə qədər Azərbaycanda ÜDM-nin ikiqat artırılması bir qədər çətin hədəfdir. İqtisadi böyüməni artırmaq üçün həyata keçirilən işlərə nümunə gətirən nazir bildirib ki, 21 dövlət şirkətinin səmərəliliyini və korporativ idarəetməni artırmaq, onları özəlləşdirməyə hazırlamaq üçün dövlət holdinqinə tapşırıq verilib.

O qeyd edib ki, bu il Azərbaycanda dövlət şirkətlərinin, o cümlədən, SOCAR-ın hissələrinin satışa çıxarılması ilə bağlı planlar mövcud deyil. Lakin Azərbaycan bu günə qədər təklif edilməmiş yeni əmlakların daxil olduğu özəlləşdirmə proqramını qəbul etməyi planlaşdırır.

Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan sırf özəlləşdirmə aparma naminə qısa müddətdə dövlət şirkətlərinin özəlləşdirilməsinin həyata keçirilməsini doğru saymır. Buna görə də hazırda əsas məqsəd bu proses üzərində işləmək və səhmdar dəyərini artırmağa imkan verən investisiya holdinqi qurmaqdır.

İşğal edilmiş ərazilərdə qarşıdurmanın sona çatması ilə Qafqazda sabitliyin yaranmasının daha çox ticarət və tranzit imkanı yaratmaqla Azərbaycanın insanların sosial rifahına töhfə verən regional mərkəz kimi rolunu daha da artıracaq. Onun sözlərinə görə, Ermənistanla əməkdaşlıq da edilə bilər.

Nazirin sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycanın birgə komissiyası regional nəqliyyat əlaqələrinin bərpası planları üstündə bu ay işə başlayacaq. O qeyd edib ki, qarşılıqlı əməkdaşlıq bölgədə iştirak edən bütün ölkələrə fayda gətirəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

Next

Faciəyə qarşı siyasi cəsarət – VİDEO

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv