Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Xəzərdə DOSTLUQ qalib gəldi

By Vüsal Rafiqoğlu
22.01.2021 3 Min Read

Vaxtından əvvəl nə isə demək istəmirəm. Amma, eyni zamanda, biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə bu barədə də məlumat veriləcək. Yeni layihə bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.

Xatırladaq ki, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə zamanı demişdi.

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Prezidentlər Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunu razılaşdırdılar.

Bu anlaşma uzun illərdir aparılan gərgin fəaliyyətin nətcisədir və sözsüz ki, bundan sonra Azərbaycan və Türkmənistan arasında münasibətlərdə yeni mərhələ başlayır. Azərbaycan hər zaman Xəzər dənizində əməkdaşlıq mühitinin formalaşdırılması üzrə səylər göstərib.

“Dostluq” layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək

“İki sahil”in mələumatına görə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanla Türkmənistan arasında bu gün əldə olunan “Dostluq” neft-qaz yatağınını birgə işlənməsi barədə memorandum vacib səhifədir. Bu saziş hər iki ölkəyə təbii qaz hasilatı sahəsində əməkdaşlıq üçün yol açır: “Bu saziş həm də Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycana və digər ölkələrə tranzitinə yol açacaq. Türkmənistan üçün etibarlı bazarlara çıxışı təmin etmək çox vacibdir. Türkmənistandan yeni qaz həcmləri Azərbaycanda, eləcə də Türkiyədə təbii bazara malikdir:

Yeni türkmən qazı Azərbaycanın neft-kimya sənayesini genişləndirməyə imkan verəcək. Bir sözlə, bu, daha geniş əməkdaşlığa yol açan vacib sənəddir”.

“Dostluq” yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır

Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələri tərəfindən imzalanmış “Xəzər dənizin hüquqi statusu haqqında” Konvensiya Xəzər dənizində əməkdaşlığın yeni formatını formalaşdırıb. Konvensiya imzalanana qədər Xəzər dənizinin dibinin işlənməsi ilə əlaqədar ölkələr arasında müəyyən fikir ayrılığı yaranırdısa, artıq bu problem öz həllini tapıb: “O cümlədən, Xəzərin Azərbaycan – Türkmənistan hissəsində dəniz dibinin ortaq hissəsində neftçilərimiz tərəfindən kəşf edilmiş böyük karbohidrogen ehtiyatına malik bizim Kəpəz, Türkmənistan tərəfinin Sərdar adlandırdığı yataq istismar olunmurdu. İmzalnmış memorandum ölkələrimiz üçün böyük tarixi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan eyni soykökə malik, hətta öz dilində danışanda bir-birini başa düşən dost ölkələrdir. Bu birgə memorandumu ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinin simvolu adlandırardım”.

Deputat vurğulayıb ki, Türkmənistan və Azərbaycan beynəlxalq platformalarda bir-birini dəstəkləyən, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gəlməsində eyni mövqedən çıxış edən ölkələrdir: “Xəzər dənizində birgə fəaliyyət formatının formalaşması ölkələrimizin gələcək perspektivində bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəkdir. “Dostluq” yatağı böyük neft-qaz resursuna malikdir. Azərbaycan Avropaya qədər karbohidrogen resurslarını ixrac etməyinə imkan verən boru xətlərinə malikdir. Bu kəmərlər “Dostluq” yatağında istehsal olunacaq neft-qazın daşınmasında əsas rol oynaycaq. “Dostluq” yatağının birgə işlənməsi gələcəkdə Xəzər dənizin Türkmənistan sektorunda istehsal olunan neft-qazın Azərbaycan üzərindən tranzit daşınmasının əhəmiyyətini artıracaq.

“Dostluq” yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir

SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov isə Trend-ə açıqlamasında bildirib ki, “Dostluq” Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən yatağın yeni adıdır: “Azərbaycanda bu yataq əvvəllər “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlanırdı. Yatağın birgə işlənməsi ilə bağlı danışıqlar əvvəllər aparılıb. İndi isə bu, iki ölkənin nümayəndələrinin imzaladığı memorandum formasında öz əksini tapıb”.

İ.Əhmədov bildirib ki, sovet dövründə azərbaycanlı mütəxəssislər burada kəşfiyyat işləri aparıb: “Bu, neft-qaz yatağıdır, yatağın təxmin olunan ehtiyatı onu “Qarabağ” kimi yataqlarla eyni sıraya qoymağa imkan verir. Ehtiyatlar müasir seysmik kəşfiyyat üsulları ilə dəqiqləşdiriləcək. Memorandum yatağın birgə işlənməsi yolunda atılan ilk addımdır. Bu, həm də Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişaf tarixinin yeni səhifəsidir. Bu baxımdan birgə layihənin yeni adı – “Dostluq” rəmzi xarakter daşıyır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Caliber”: Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – VİDEO

Next

7 dərəcə şaxta, güclü külək – Bu günün HAVASI

Xəbər lenti

  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv