Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi” – “Qaraca qız” filminin Xədicəsi…

By Vüsal Rafiqoğlu
23.01.2021 3 Min Read

“Qaraca qız” filminin Xədicəsi Leyli Axundova Moderator.az-ın suallarını cavablandırıb.

– Salam, Leyli xanım. Necəsiz?

– Çox təşəkkür edirəm, yaxşıyam.

– Leyli xanım, siz bir filmlə tarixdə qaldınız. Bu necə bir hissdir?

– Allah həm rejissor Şamil Mahmudbəyova, həm də Arif Nərimanbəyova rəhmət etsin. Biz uşaq idik, 6-7 yaşımız var idi, film onların zəhməti hesabına yaddaşlarda qaldı.

– Bilirəm ki, filmə təsadüf nəticəsində çəkilmisiz..

– Bəli, valideynlərimlə bulvarda gəzirdim, məni görüb, filmə dəvət etdilər. Səhəri gün bizi çağırdılar, atamla çəkiliş meydançasına getdim. Şeir demək istəyirdim, Şamil müəllim dedi ki, ehtiyyac yoxdur, sən onsuz da çəkiləcəksən, mən Leylini tapmışam. Atam filmə çəkilməyə icazə vermirdi. Deyirdi ki, biz onun nazı ilə oynayırıq, o nə rejissorun, nə də operatorun sözünə qulaq asmayacaq. O ancaq bizim sözümüzə qulaq asır (gülür). Daha sonra mənimlə fəxr edirdi..Mən heç vaxt öz filmimə baxa bilmirəm, gözlərim dolur, kövrəlirəm.

– Film necə çəkildi?

– Əvvəlcə filmin sonunu lentə aldılar, daha sonra əvvəlini. Yadımdadır, Şamaxının Çuxuryurd kəndində çəkilirdik. Orada oynayan qaraçıların hamısı Moskvadan gəlmişdi. Amma çox təəssüf ki, o filmdən film qalmadı, ən maraqlı yerlərini montajda kəsdilər. Ən təsirli səhnə isə Tutunun ölümü idi. Mən o səhnədə ağlamalı idim, bunlar fikirləşdilər ki, məni necə ağlada bilərlər? Tutunu mənə göstərmədilər, qəfildən dedilər ki, o ölüb. Məni saxlamaq olardı? Elə hönkürtü ilə ağladım ki, daha sonra məni saxlaya bilmədilər. Mənimlə birlikdə bütün kollektiv ağlayırdı. Hər şeyi biləndə onlardan incidim, dedim ki, mən filmə çəkilmirəm. Güc-bəla ilə məni razı saldılar.

– Ananızı məşhur aktrisamız, xalq artisti Şəfiqə Məmmədova oynayıb. Həqiqətən də sizə ana kimi yanaşırdı?

– Bəli, ondan qayğı görürdüm. Orada hamı bizi çox istəyirdi. Bizə güldən artıq söz demirdilər, bir dəfə də olsun kollektivin səslərini eşitməmişəm. Bizimlə uşaq kimi oynayırdılar. Şəfiqə xanımla illər sonra gözəllik salonunda görüşdük, mənə dedi ki, səni elə bil buzdolabında saxlayırlar, heç dəyişmirsən (gülür).

– Tutu ilə görüşürsünüz?

– Tutu obrazını Sevil Zeynalova canlandırıb. O İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Sonuncu dəfə məktəbli uşaqlarla görüşdə onunla birlikdə olmuşam. Amma sıx əlaqəmiz yoxdur.

– Bəzi mənbələrdə sizin rolunuzun adı Ağca, bəzilərində isə Xədicə gedir.. Bu nə ilə bağlıdır?

– Xeyr, əslində rolumun adı Xədicədir. Mən uşaqlıqda ağ qız idim, hətta istəyirdilər ki, məni qrim etməsinlər. Daha sonra məni qrim edib, rəngimi tündləşdirdilər.

– Filmdə hansı maraqlı və təhlükəli səhnələr var idi?

– Ən təhlükəlisi ilan səhnəsi idi. Bu səhnədən nə valideynlərimin də, nə də özümün xəbərim yox idi. Ətəyimi açıb ilanı ora buraxdılar. Gördüm ki, biri əlində taxta, biri də bel saxlayıb ki, ilan məni sancmaq istəyəndə onu öldürsünlər. Mənə də deyirlər ki, Leyli qorxma! Deyirəm ki, mənə qorxma deyirsiz, amma əlinizdə onu öldürməyə əşyalar saxlayırsız. Necə qorxmayım? Elə oldu ki, bu səhnə Şamil müəllimin xoşuna gəlmədi. Dedi ki, bu səhnəni bir dəfə də çəkəcəyəm. Qorxudan qızdırmam 39-a qalxdı. Atam bundan xəbər tutdu və dedi ki, xeyr, mənim qızım daha çəkilməyəcək. Sonra həmin ilanlar da qaçıb itdi (gülür). Hər ilana görə o vaxtı ki, pulla Zooparka 70 manat cərimə ödənildi.

– Filmdən nə qədər qonorar aldınız?

– Nə qədər qonorar aldığım yadımda deyil, amma bilirəm ki, Sevildən çox almışdım. Çünki Tutu roluna iki nəfər çəkilirdi, mən isə tək çəkilirdim. Atam həmin pulu mənim üçün yığmışdı.

– Filmin əsas mövzusu təmənnasız dostluqdur. Həqiqətən də rejissor bunu çox gözəl aşılayıb..

– Bəli, Şamil müəllim bunu insanlara göstərib ki, həyatda kimliyindən, vəzifəndən, imkanından asılı olmayaraq təmənnasız dostluq etmək lazımdır. Amma indi bir dənə uşaqlar üçün ibrətamiz film çəkilmir. Mən imkanlı ailədə böyümüşəm, amma heç vaxt valideynlərim mənə deməyib ki, kasıbla dostluq etmə. Həmişə mənə deyirdilər ki, dostlarını özün seç.

– Leyli xanım, hal-hazırda hansı sənətlə məşğulsuz?

– Mən Xoreoqrafiya Akademiyasında musiqi müəlliməsi vəzifəsində çalışıram. Hal-hazırda
dərslərimizi onlayn şəkildə tədris edirik. Düzdü, musiqi dərsini onlayn keçmək çox çətindir. Amma neyləyək? İnşallah ki, yenidən əvvəlki həyatımıza qayıdarıq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəhidin üzünü görmədiyi oğlu UĞUR doğuldu=

Next

Şuşanı azad etmək arzusu ilə yaşayan şəhid kəşfiyyatçı – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv