Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Psixoloq: “Müharibədə psixoloji travma alan şəxs ən kiçik hadisədən aqressivləşib, özünə zərər yetirə bilər”

By Vüsal Rafiqoğlu
23.01.2021 3 Min Read

Müharibənin ən qorxulu travması insan psixologiyasına olan təsiridir. Bu, olduqca diqqət tələb edən və cəmiyyəti düşündürən məsələdir. Həm dövlət, həm də ayrı-ayrı özəl qurumlar, eləcə də fərdi insanlar tərəfindən bu məsələyə xüsusi həssaslıqla yanaşılmalı, anlayış göstərilməlidir.

Bunu Trend-ə “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib.

Onun sözlərinə görə, Vətən, torpaq uğrunda canından keçməyə hazır olan əsgər ən yüksək diqqət və ehtirama layiqdir. Müharibə zamanı bir əmr ilə ən ağır döyüşlərə atılan döyüşçü həmin an hər kəsi və hər şeyi unudur:

“44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. 3 minə yaxın qəhrəmanımız Vətən uğrunda canını fəda etdi. Bu, milli birliyin, Vətənə olan sevginin bariz nümunəsidir. Müharibə zamanı psixoloji travma yaşayan əsgərlərimizlə bağlı adi misal olaraq bunu qeyd edim ki, hər hansı bir fiziki yara aldıqda onun ağrısını o an hiss etmirik. Ağrı müəyyən müddət keçdikdən sonra başlanır. Ölüm-dirim savaşına atılan əsgərin bütün enerjisi, diqqəti, emosiyaları yalnız o istiqamətə yönəlir. Bütün ağrı və gərginliklər daha sonra özünü göstərir.

Əsgərlər arasında psixoloji travma alanları da unutmaq olmaz. Təbii ki, onlar öz emosiyalarını tənzimləmək gücündə deyillər”.

Psixoloq əlavə edib ki, psixoloji travma alan ən təmkinli və sakit insanda belə müəyyən anlaşılmaz hərəkətlər ola, hətta intihara cəhd edilə bilər. Bu cür hallarda aqressiv davranış sərgilənməsi də anlaşılandır.

Belə məsələlərə dövlət səviyyəsində xüsusi diqqət yetirilməsini vacib sayan mütəxəssis qeyd edib ki, yaralı əsgər və zabitlər, qazilər, dövlət və özəl xəstəxanalarda ən yüksək qayğı ilə əhatə olunublar və onların müalicələri davam etdirilir.

Onun sözlərinə görə, fiziki yaralar həkim yardımı, dərman hesabına müalicə olunur, lakin psixoloji yaralar bu qədər asanlıqla sağalmır. Qarşısı vaxtında alınmayacağı təqdirdə psixoloji yaralar daha qorxulu psixoloji sarsıntılara, hətta sağalmaz xəstəliklərə səbəb ola bilər. Tibbi müalicə ilə yanaşı psixoloji, psixoterapevtik müdaxilənin olması da olduqca vacibdir. Müharibədə iştirak edən qazi və əsgərlər üçün mütləq şəkildə yeni reabilitasiya mərkəzləri yaradılmalı, kompleks müalicə aparılmalıdır.

Müharibənin təsirindən psixolji travma alan qazi və mülki şəxslərə qarşı normal davranış nümayiş edilmədiyi təqdirdə həm cəmiyyət, həm də fərdin özü üçün hansı fəsadların yarana biləcəyinə gəldikdə, T.Paşayeva bildirib ki, belə şəxslərə vaxtında psixoloji dəstəyin göstərilməsi olduqca vacibdir:

“Konkret bir misal qeyd edim. Müharibədə travma alan 23 yaşlı bir əsgər ordudan tərxis olunub evinə, ailəsinə dönür. Evdə azyaşlı körpə var. Körpənin ağlamaq səsi psixoloji travma alan gəncə rahatlıq vermir, səs onu aqressivləşdirir. Atanın övladına, gənc anaya qarşı kobud və aqressiv hərəkəti ailədə incikliyə, narazılığa səbəb olur. Onun hərəkəti anlaşılmır.

Nəticədə əsgər psixiatrik xəstəxanaya yerləşdiriləcək qədər aqressivləşir, intihara cəhd edir, körpə övladını belə öldürmək istəyir. Belə halların baş verməməsi, sonu faciə ilə nəticələnən hadisələrin olmaması üçün ailələr və yaxın çevrə mütləq diqqətli olmalı, onların vaxtında psixoloji dəstək alması təmin edilməlidir. Təsəvvür edin, hətta psixoloji dayanıqlı insanlar belə ağır hadisədən stress yaşaya, travma ala bilər. Müharibədə iki ayağını, gözünü və ya digər əzasını itirən, yaxud döyüş meydanında gözü qarşısında əsgər yoldaşının parça-parça olan cəsədini görən insanın nələr yaşadığını anlamaq və onun nələr hiss etdiyini duymaq asan deyil. Onu ancaq o hadisəni yaşayan şəxs bilər”.

T.Paşayeva əlavə edib ki, psixoloji travma alan şəxs təbii olaraq ən kiçik hadisədən, diqqətsizlikdən aqressivləşib özünə və başqasına zərər yetirə bilər. Psixoloji travma alan insan küçədə, mağazada, bir sözlə hər yerdə aqressivlik göstərə, kobudluq edə bilər. Buna görə də hər birimiz onlara qarşı səbr və təmkin nümayiş etdirməli, ən qısa müddətdə sağalmalıqlarına qovuşmaları üçün mümkün dəstəyi göstərməliyik.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur – XİN siyahını yenilədi

Next

Bazar gününə olan hava proqnozu açıqlandı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv