Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Lavrov kimdir ki?!” – Paşinyan arvadının rəfiqəsini səfir edir

By Vüsal Rafiqoğlu
25.01.2021 3 Min Read

İkinci Qarabağ Savaşının başlanmasına iki ay qalmış o, “Azərbaycan Ermənistana qarşı yeni hərbi əməliyyatlara başlarsa, Türkiyə əsla Azərbaycana dəstək verməyəcək, Bakıya qoşulmayacaq” deyirdi.

O, “Rusiya belə müharibəyə imkan verməz, savaş başlayarsa, Qarabağa qoşun yeridərək bizim tərəfimizdə vuruşar” söyləyirdi.

Bu sözləri deyən Ermənistanda iqtidarda olan “Mənim Addımım” Partiyasının nominal, de-yure “rəhbəri”, partiyanın parlament fraksiyasının sədri Lilit Makuns idi.

37 yaşlı Makuns “Vətəndaş Anlaşması” blokunun əsas funksionerlərindən sayılırdı.

Lakin onun əsas işi Ermənistanın baş naziri Nikol Paşinyana ingilis dilini öyrətməsi idi.

Makuns, gerçəkdən də, Paşinyanın repetitoru idi.

İndisə Paşinyan onu Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin etmək istəyir.

Diplomatiyadan əsla xəbəri olmayan Lilit Makuns kimdir?

2014-cü ildə o, filologiya elmləri üzrə fəlsfə doktoru dərəcəsi alıb, 2015-ci ildə isə Taft Universitetində Fletçer Yay Məktəbi çərçivəsində sertifikasiyalı yay kursuna qatılıb. 2005-ci ildən bəri İrəvandakı Rusiya-Amerika Universitetində dərs deyir.

2016-cı ildə ABŞ-ın “Sülh Korpusu”nda müqavilə əsasında işləməyə başlayıb, 2018-ci ilin fevralında Rusiya-Amerika Universitetinin beynəlxalq əməkdaşlıq departamentinə rəhbər təyin edilib.

İrəvandakı “inqilab”dan və Nikol Paşinyanın baş nazir olmasından sonra mədəniyyət naziri təyin edilib. 2019-cu ildə nazir postundan kənarlaşdırılan L.Makunsu baş nazir N.Paşinyan “Mənim Addımım”ın parlament fraksiyasına rəhbər təyin edib.

Fletçer kursuna gəldikdə isə – cəmi 5 gün davam etmiş həmin kurs ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tam kontrolundadır və “Qeyri-zorakı müqavimət” adlanır. Təşkilatın saytına baxsaq, 2006-2016-cı illərdə kursa qatılanlara “mövcud hakimiyyətə qeyri-zorakı müqavimət”in yollarını öyrədiblər.

Həmin prinsipin, daha doğrusu nəzəriyyənin müəllifi isə “rəngli inqilablar” metodologiyasının nəzəriyyəçilərindən sayılan Cin Şarpdır.

Təyinatla bağlı maraqlı məqamlar var.

Nikol Paşinyanın hələ də qeyri-qanuni nikahda yaşadığı xanımı Anna Hakopyanın bu təyinatın “təşəbbüskar”ı olduğu vurğulanır.

L.Makuns 8 ildir ki, A.Hakopyanın ən yaxın rəfiqələrindən biridir və N.Paşinyanın xanımı da İrəvanda hakimiyyət əleyhinə etirazların fasiləsiz artdığı, Paşinyanın istefa ehtimalının gücləndiyi bir dönəmdə “ailə sirlərinin daşıyıcısı” sayılan rəfiqəsini Ermənistandan kənarlaşdırmaq qərarına gəlib.

Vladimir Karapetyana gəldikdə isə o, Nikol Paşinyan məhkəmələrdən qaçıb gizləndiyi dövrlərdə bu icevanlı jurnalistə sığınacaq vermiş, onu gizlətmişdi.

Birləşmiş Ştatlara nə qədər sayğı bəsləməmək, Vaşinqtona nə qədər saymazyana yanaşmaq gərəkdir ki, L. Makuns təki geosiyasətdən və ABŞ-Ermənistan münasibətlərindən bixəbər birisi Potomak sahillərinə səfir göndərilsin.

Vladimir Karapetyanın Ukraynaya, Lilit Makunsun isə ABŞ-a səfir təyinatının hazırlanmasını ekspertlər birmənalı olaraq Ermənistanın xarici siyasətinin növbəti uğursuzluğu, diplomatiyasının isə faktiki kollapsı hesab edirlər.

Makunsla Karapetyan, təbii ki, Corc Sorosun Ermənistandakı fondlarının və qurumlarının kreaturaları, yetirmələridir. Lakin diplomatiya sahəsində əsla təcrübəsi olmayan bu iki “soroscuğun” Kiyevlə Vaşinqtonda necə fəaliyyət göstərəcəkləri bəlli deyil.

Ermənistan mediasında yer alan xəbərlərə görə, ölkənin XİN başçısı Ara Ayvazyan bu təyinatlara qətiyyətlə etiraz edib, Karapetyanla Makunsun namizədliklərinin Moskvada çox pis qəbul ediləcəyini deyib.

Nikol Paşinyan sinirlənib, “Lavrov kimdir ki, adamlarımın təyinatını onunla razılaşdırım? Kimi hara təyin edəcəyimə mən qərar verirəm, Kreml yox”.

Ermənistan XİN-dəki mövcud qaydalara görə, yeni səfir təyinatlarını XİN başçısı baş nazirə yazılı təqdim etməli, “bu şəxslərin fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışmalarını məqbul sayıram” yazmalıdır.

Lakin A.Ayvazyanın N.Paşinyana yolladığı təqdimatda yazıdıb: “Baş nazirin şifahi göstərişinə uyğun olaraq, adları çəkilən şəxslərin fövqəladə və səlahiyyətli səfir vəzifələrinə təyinatlarını məqbul sayıram”.

Yəni Ermənistanın XİN başçısı faktiki olaraq təyinatlarla bağlı məsuliyyəti boynundan atıb.

Əslində, təəccüblənməli heç nə yoxdur.

İrəvanda gecə klubunun sahibi və keçmiş DJ Ermənistan Polisinin rəis müavini təyin edilirsə, baş nazirin arvadı müharibə günlərində Qarabağa yollanıb bunkerdə erməni generallara “hərbi əməliyyatlar planı” ilə bağlı göstəriş verirsə, baş nazir Nikol Paşinyanın ciddi kadr, İrəvandakı hakimiyyətinsə ekzistensial problemlər yaşadığı bəlli olur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vasif Talıbovdan yeni TƏYİNAT

Next

WhatsApp yenilənməyə görə milyonlarla istifadəçisini itirir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv