Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Yollar açıldı, hotellərdə yer yoxdur

By Vüsal Rafiqoğlu
26.01.2021 2 Min Read

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargah şəhərlərarası və rayonlararası hərəkətə icazə verib. Paytaxt sakinləri karantinin yumşalmasından istifadə edərək həftə sonları rayonlarda dincəlmək üçün hotelləri bron edib. Bir aydan artıq davam edən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasından sonra əhali rayonlarda istirahət yerləri və hotellərə üz tutub.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bölgələrdəki hotellərdə vəziyyət, bron səviyyəsi ilə maraqlanıb. Məlum olub ki, hotellərin bəzilərində artıq həftə sonları üçün bütün yerlər bron olunub. Yalnız həftəiçi bəzi günlər üçün boş yerlər qalır. Həm də, bütün ölkədə bağlı olan açıq və qapalı hovuzlar, sauna və hamamlar hotelə gələnlərin üzünə açıqdır.

Məsələn, Şabran rayonunda yerləşən “Qalaaltı” hoteldə şənbə və bazar günləri üçün əsas binada yer yoxdur. Həftəsonunu məhz bu hoteldə keçirməkdə iddialı olanlar yalnız aşağıdakı binada yer tapa bilərlər. Hoteldən verilən məlumata görə, gündə iki dəfə qidalanma şərti ilə iki nəfərlik otağın qiyməti 179 manat, 3 dəfə qidalanma daxil qiymət isə 219 manatdır. Bura spa xidmətləri – sauna, türk hamamı, fitnes-trenajor mərkəzi və qapalı hovuz daxildir.

“Şamaxı Palace” hoteldə şənbə və bazar günləri üçün yer yoxdur. Hoteldə yanvar ayı üçün yalnız həftəiçi yer tapmaq mümkündür. Həftəiçi iki nəfərlik otağın qiyməti 178 manatdır. Qiymətə səhər yeməyi və spa xidmətləri daxildir.

Həftəsonu “Şahdağ” hoteldə də bütün yerlər rezerv olunub. Hoteldə həftəiçi yer tapmaq olar ki, burada da qiymət gündən asılı olaraq dəyişir. Məsələn, yanvarın 29-u iki nəfərlik otağın qiyməti 300 manatdır. Məbləğə səhər yeməyi, spa xidmətlərindən isə türk hamamı, idman zalı, hovuz və sauna daxildir.

Qəbələ rayonunda yerləşən “Tufandağ” hoteldə də həftə sonu yer tapmadıq. Yalnız fevral ayına iki nəfərlik standart otaq var idi ki, onun da qiyməti 158 manatdır. Bura səhər yeməyi və SPA xidmətlərindən istifadə daxildir.

Müraciət etdiyimiz hotellər arasında həftəsonu hələ ki, yalnız “Quba Palace” və “Marxal” hoteldə yer tapa bildik. “Quba Palace” hoteldə dağ mənzərəli otağın qiyməti 190 manat, göl mənzərəli otağın qiyməti isə 210 manatdır. Qiymətə səhər yeməyi və spa xidməti daxildir. Həftəiçi isə qiymətlər həftəsonuna nisbətən ucuzdur. Məsələn, həftəiçi bu hoteldə iki nəfərlik otağın qiyməti 130 manatdır.

Şəki rayonunda yerləşən “Marxal” hoteldə yanvar ayının 30-31-i iki nəfərlik eyvansız otaq 100, eyvanlı isə 120 manatdır. Bura yalnız səhər yeməyi daxildir. Qeyd edək ki, əlaqə saxladığımız hotellər arasında yalnız bu hoteldə pandemiya ilə əlaqədar hovuz və SPA mərkəzinin karantinlə əlaqədar bağlı olduğunu öyrəndik. Lakin hoteldə restoran və çay evi fəaliyyət göstərir.

Karantindən qurtulub dincəlmək istəyənlər hotelin bütün xidmətlərindən sərbəst istifadə edə bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə bu il dekabrın 14-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilirdi.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəhid ailələri üçün yeni kvota müəyyən edilir

Next

Müəllimlər məcburi vaksinasiya olunacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv