Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“SOCAR Türkiyə” plastik tullantıların təkrar kimyəvi emalını həyata keçirəcək – FOTO

By Vüsal Rafiqoğlu
27.01.2021 3 Min Read

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin mütərəqqi, dayanıqlı, ekoloji cəhətdən təmiz məhsul istehsalı və rəqəmsal texnologiyaların inkişafı məqsədi ilə yaratdığı “SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi plastik tullantıların təkrar kimyəvi emalı üçün Yaxın Şərq Texniki Universiteti (ODTÜ) ilə birgə layihəyə start verir.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, layihənin məqsədi innovativ texnologiyalar əsasında plastik tullantıları yenidən xammala çevirməklə istifadəyə yararlı hala gətirməkdir.

Belə ki, layihə çərçivəsində “SOCAR Ar-Ge” və ODTÜ əməkdaşları tullantı plastikləri ilkin komponentlərinə çevirərək, təkrar və davamlı şəkildə plastik xammal istehsalının istifadəsi istiqamətində tədqiqat aparacaqlar. Bu layihənin reallaşdırılması nəticəsində bir tərəfdən təbii mənbələri qoruyacaq, digər tərəfdən isə dövri iqtisadiyyata töhfə verəcək baza texnologiyalarının inkişaf etdirilməsi istiqamətində mühüm bir addım atılacaq.

“SOCAR Ar-Ge” tədqiqat və inkişaf mərkəzinin baş direktoru Bilal Quliyev bildirib ki, 3 il davam edəcək layihə sayəsində “SOCAR Türkiyə” özünəməxsus metod və texnologiyaları inkişaf etdirmək imkanına da malik olacaq:

“Layihənin sənaye miqyasında tətbiqinə qərar verildikdən sonra tullantıların idarə edilməsi ilə məşğul olan şirkətlərdən və bu tullantıların alına biləcəyi digər mənbələrdən xammal təminatını planlaşdırırıq. Bu layihə vasitəsilə SOCAR daxilində meydana çıxan tullantıların da istifadəsi mümkün olacaq. Plastik tullantıların təkrar kimyəvi emalı nəticəsində “Petkim”in əsas xammalı sayılan nafta üçün də alternativ bir mənbə yaranacaq. Beləliklə bir tərəfdən ətraf mühitə və iqtisadiyyatın dayanıqlılığına, digər tərəfdən isə “SOCAR Türkiyə”nin rəqabətə davamlılığını təmin edəcək yeni iş yerlərinin yaranmasına töhfə verməyi hədəfləyirik”.

Layihə çərçivəsində xaricdə plastik tullantılardan mühərrik yağı əldə edilməsi mövzusunda məqalələri dərc olunan və patent üçün müraciət edilən ODTÜ Kimya Mühəndisliyi fakültəsinin müəllimi Dr. Gökhan Çeliklə birgə çalışacaqlarını qeyd edən Bilal Quliyev, müvafiq təcrübələrin “SOCAR Ar-Ge” və ODTÜ laboratoriyalarında aparılacağını, layihədə istifadə olunacaq katalizatorların isə ODTÜ-də hazırlanacağını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi altında Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilən Sıfır Tullantı Layihəsini xatırladan B.Quliyev vurğulayıb ki, bu layihə israfçılığın qarşısının alınmasını, mənbələrin daha səmərəli istifadəsini, tullantıların miqdarının azaldılmasını, səmərəli toplama sisteminin qurulmasını, tullantıların təkrar emalını əhatə edən və tullantıların qarşısının alınmasını hədəfliyir:

“Bu da “SOCAR Türkiyə”nin strategiyasının Türkiyənin hədəflərinə uyğun olması ilə yanaşı layihənin çox mühüm və vaxtında verilmiş bir qərar olduğunu göstərir”.

Əlavə olunub ki, “SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi ilə Türkiyənin nüfuzlu universitetlərindən biri olan ODTÜ-nün Türkiyədə start verdiyi “təkrar kimyəvi emal” mexaniki proseslərlə davamlı olaraq təkrar emalı mümkün olmayan plastik tullantıların daha bəsit və dəyərli molekullara çevrilməsini hədəfləyən bir texnologiyadır. Təkrar kimyəvi emal prosesinin sonunda əldə ediləcək məhsullar gələcəkdə əsas polimerlərin istehsalında alternativ xammal kimi istifadə oluna biləcək.

Qeyd edək ki, hər il dünyada  380 milyon ton plastik maddə istehsal olunur ki, bu da ümumilikdə neft və təbii qaz hasilatının təqribən 7 faizinə bərabərdir. Plastik bazarının sürətli inkişafının da təsiri ilə plastik istehsalının 2050-ci ilədək dörd dəfə artacağı və ildə 1,1-1,5 milyard tona çatacağı ehtimal olunur. Araşdırmalara görə hər il istehsal olunan materialların 75 faizdən çoxu bir dəfə istifadə olunduqdan sonra atılır və bunların böyük əksəriyyətini alçaq sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen və polipropilen kimi poliolefinlər təşkil edir. Plastik tullantıların 9 faizi mexaniki üsullarla təkrar emal olunsa da, mövcud təkrar emal üsulları plastiklərin kimyəvi və enerji dəyərlərinin geri qaytarılmasını təmin etmir və dəyər itkisinə səbəb olur. Tullantı plastiklərin enerji dəyərləri geri qaytarıldığı təqdirdə iqtisadi baxımdan hər il təxminən 3,5 milyard barrel neft ekvivalentində iqtisadi qarşılığının olacağı ehtimal edilir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Aydın Kərimovu qəbul etdi – CANLI YAYIM

Next

Cəlilabadda narkotacirlər saxlanıldı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv