Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Sosioloq: Azərbaycan ailəsində 80 faizdən yuxarı nisbətdə gərginlik var

By Vüsal Rafiqoğlu
28.01.2021 5 Min Read

Son üç-dörd gündə ölkədə, xüsusən də paytaxtda intiharların sayı artıb. Xeyli müddət idi ki, “time-out” götürən intihar halları birdən-birə ölkə gündəmini zəbt etməyə başladı.

Bəs intiharların artmasının səbəbi nədir? Sosial problemlər, ailədaxili münaqişələr, psixoloji durum, yoxsa mediada bu cür xəbərlərin daha çox işıqlandırılması?

Psixoloq Hüseyn Xəlilov Publika.az-a açıqlamasında deyib ki, intiharların əsas səbəblərindən biri ünsiyyət problemidir: “Uzun müddət özünə qapanan, ünsiyyətdən qaçan, ünsiyyət qurmaq problemi olan insanlar intihara daha çox meyilli olur. Buna görə də ailələr övladları ilə müntəzəm olaraq maraqlanmalı, onları dinləməlidir. Allah-Təala da “Qurani-Kərim”də bildirir ki, intihardan çəkinin, bunun böyük cəzası var. Elmi kitablarda da intiharın yaranma səbəblərinin çox olduğu göstərilir. Birinci səbəb kimi psixoloji durumun pozulması göstərilir. Yəni, şüuraltı olaraq insan intihara doğru gedir. Çünki intihar məqsədli şəkildə olmur. Bu, şüuraltı prosesdir. Sağlam adam durduğu yerdə intihar etməz. Psixoloji pozğunluqdan sonra insan intihara cəhd göstərir”.

Psixoloqun fikrincə, intiharın da bir çox növləri var. Onun sözlərinə görə, bəzi insanlar ailəsinə özünü göstərmək üçün intihara cəhd edir: “Məsələn, az miqdarda dərman içirlər, bilirlər ki, bundan ölməyəcəklər. Bu cür hallar diqqət çəkmək üçündür. Bəzi hallarda isə şüuraltı olaraq buna gedirlər. Bu cür hallarda ağır depressiya və gərginlik altında intihara sürüklənmə baş verir. İntiharın səbəbləri ilk növbədə ailədən gəlir. Natamam ailələrdə intihar və ona cəhd halları daha çox baş verə bilir. İkinci əsas səbəblərdən biri sevgi və mücərrəd anlayışlarla bağlıdır. Bu da dolayı yolla ailə ilə bağlı məsələdir. Oğlan qızı sevir, qız başqasına gedir, yaxud valideynlər bu münasibətə qarşı olurlar və sair… Bu da yeniyetməlik və gənclik dövründəki proseslər və yaşanan travmalarla bağlıdır”.

Hüseyn Xəlilov hesab edir ki, ətraf mühitin də bəzi hallarda intihara təhrikedici məqamları olur: “Bu, əsasən abituriyentlərlə bağlıdır. Onlar yaxşı nəticə əldə edə bilmirlər, ailədə və cəmiyyətdə, yaxın çevrədə qınaqla üzləşəcəklərini düşünürlər. Buna görə də dərin depressiya və gərginlik altında intihara cəhdlər olunur. Bəzi hallarda ailə başçıları özləri də canlarına qəsd edir. Burada iqtisadi məsələlər ön planda olur. Maddi durumun pisləşməsini faciəyə çevirirlər və nəticədə çıxış yolu kimi intihar etməyi qərara alırlar. Böyüklərin bu cür addımları da gərgin şüuraltı proseslər fonunda baş verir”.

Psixoloqun sözlərinə görə, hazırda intiharların və intihara cəhdlərin əsas səbəbi anlaşmazlıqlardan doğur: “Pandemiya dövründə insanlar uzun müddət ünsiyyətdən məhrum qaldılar. Özlərinə qapandılar. Bu da vacib məsələlərdən biridir. Bu fonda ailə konfliktlərinin yaranması, maddi sıxıntılar intihara gətirib çıxara bilir. Cəmiyyət bu barədə həm maariflənməli, həm də maarifləndirməlidir. Yəni, bu cür hallara görə insan öz həyatına qəsd etməməlidir. İntihar edən şəxslərdə təfəkkür və idrak rol oynaya bilmir. Çünki psixoloji pozğunluqlar ön planda olur və insan şüurlu şəkildə hərəkət etmək imkanlarından məhrum olur. Qəzəb və acıq yığılır, nəticədə partlayış baş verir. İntiharların qarşısını almaq üçün ailələr davamlı olaraq maariflənməlidir, psixoloqlara müraciətlər etməlidirlər. Eyni zamanda media və televiziyaların da burada rolu böyükdür. Onlar da maarifləndirmə işində fəallıq göstərməlidirlər”.

Ekspert hesab edir ki, maddi və mənəvi sıxıntı insanları intihara sürükləməməlidir: “Çünki intihar çıxış yolu deyil. Ünsiyyət qurmaq lazımdır, insanlar bundan çəkinməməlidirlər. Özlərinə qapanmamalıdırlar. Gərginlik prosesi uzun müddət gedəndə psixoloji problem yaradır. İnsanların intihara baxışları da dəyişməlidir. Filankəs intihar etdi, alın yazısıdır, qismətdir – kimi yanaşma da doğru deyil. Çünki Allah-Təala da müqəddəs kitabda insanları bundan çəkinməyə çağırır. İntihar insanın özünə verdiyi ən ağır cəzadır. Qanda dəmirin miqdarının aşağı düşməsi, günəşi az görmək kimi təbii proseslər də intihara səbəb ola bilir. Bu cür hallara inkişaf etmiş ölkələrdə daha çox rast gəlinir. Yenə də deyirəm, bunun qarşısını almaq üçün mütəmadi maarifləndirmə aparılmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə intiharlara sosial prizmadan baxaraq qeyd edib ki, sabah və gələcək haqqında təsəvvürlər insanlara pis təsir edir: “Birinci səbəb budur. Yəni, mən sabah nə edəcəm, necə olacaq kimi düşüncələr intihara gətirib çıxarır. Eyni zamanda, koronavirus dövründə tez-tez karantin şəraitinin olması da həm maddi, həm də psixoloji olaraq insanlara mənfi təsir göstərməyə başladı. Oksigen udmağa ehtiyacları olduğu kimi, insanların ünsiyyətə də ehtiyacları var. Bu, elmi olaraq da əsaslanıb. İnsanlar həmişə kimləsə ünsiyyətdə olmaq istəyirlər. Son dönəmlər insanlar arasındakı ünsiyyət azalıb”.

Sosioloqun fikrincə, digər tərəfdən, insanlar bayıra çıxmadıqca, ailə daxilində də gərginliklər çoxalır:

“Yəni, insan evdə bir yerdə çox qaldıqca, işə çıxmadıqca və iş olmadıqca ailə üzvləri arasında gərginlik yaranır. Bir tərəfdən bu amil, digər tərəfdən ruh düşkünlüyü, sabah nələr olacağını bilməmək insan psixikasında pozğunluq yaradır. Bir qrup insan var ki, bu kimi amillər onlara bir o qədər də təsir göstərmir. Bunlar da əsasən inanclı kəsimdir. Səbəbi odur ki, onlar Allahdan qorxurlar, ikincisi, öz aralarında mənəvi söhbətlər edirlər və bu da onların daxili aləmini dəyişir. Psixologiyalarının da sabit qalmasına kömək edir. Nüansları birgə təhlil edəndə intiharların səbəblərini tapmaq mümkündür. Ünsiyyətin azalmasından, maddi vəziyyətin çətinləşməsindən, gələcək haqqında aydın təsəvvürün olmamasından və doğru dindən bəhrələnə bilməməkdən irəli gəlir”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailədaxili münaqişə, şiddət və boşanmalar da intihara səbəb ola bilir: “Hazırkı dövrdə evlənənlərin üçdə biri boşanır. Bundan ikiqat artıq faiz nisbətində isə evlərdə gərginliklərin, vuruşmaların olmasıdır. Azərbaycan ailəsində 80 faizdən yuxarı nisbətdə gərginlik var. Azərbaycan ailəsi tarix boyu indiki qədər gərginlik içərisində olmayıb. Bu da insanlara çox böyük psixoloji gərginlik gətirir”.

Britaniya alimləri isə inkişaf etməkdə olan Şərq ölkələrindəki intihar halları ilə bağlı maraqlı səbəblər göstərirlər. Onların qənaətinə görə, Şərqlə Qərb arasındakı bəzi ölkələrdə serialların intiharlara təsiri böyük olur. Daha doğrusu, seriallardakı ideal həyatın təbliği, aşırı zənginlik durumunun qabardılması maddi və mənəvi cəhətdən yoxsul insanlarda psixoloji gərginliyə gətirib çıxarır.

Sosioloq Əhməd Qəşəmoğlu bu məqama da diqqət çəkərək bildirib ki, bu cür film və serialların təkcə intiharlara yox, bir sıra məqamlara təsirini görmək mümkündür: “Müəyyən qədər gözəl və lüks həyatın tərənnümü insanlara təsir göstərir, amma bu, o qədər də önəmli deyil. İnsanlar görür ki, gözəl və daha yaxşı həyat yaşamaq da mümkündür, ancaq özü həyatın fövqündə böyük çətinlik içərisindədir. Seriallarla yanaşı həmin insanlar yaxşı güzəranı olan qonşusuna da baxaraq həsəd apara bilər. Yəni, düşünə bilər ki, onun elə bir qabiliyyəti yoxdur, amma mənim qabiliyyətim var, lakin çətinlik içərisində yaşayıram. Yaxud, o, orta məktəbdə yaxşı oxumurdu, mən ondan beşqat yaxşı oxumuşam, amma mənim həyat səviyyəm ondan qat-qat aşağıdır. Bu cür hallar da insanlarda psixoloji və sosioloji gərginliklər yarada bilər”.

İntihara gətirib çıxaran nüanslarla tanış olduq. Bu yetərlidirmi? Məncə, bir nüans yaddan çıxıb. Elə medianın özü, bəlkə intihar xəbərlərinin “cəlbedici başlıqlarla”, fərqli formalarda təbliği də intiharı artıran səbəblərdəndir?

Media eksperti, professor Qulu Məhərrəmli hesab edir ki, intiharların çoxalmasının başlıca səbəbi media deyil:

“Burada sosial şərtlər, şəxsi həyat amilləri var. Müəyyən problemlər var ki, intiharın səbəbləri onlardan qaynaqlanır. Amma intihar, kriminal hadisələr mediada necə işıqlandırılmalıdır, ümumiyyətlə, bu mövzu işıqlandırılmalıdırmı və yaxud işıqlandırılarkən hansı məsələlərə diqqət yetirilməlidir. Bilirsiniz, “Fantomas” filmi göstəriləndə evlərdə oğurluq artmışdı. Avropanın bir çox şəhərlərində kriminal hallar güclənmişdi və sair. Bu və ya digər formada ictimai şüura bir mesaj olaraq verilir. İnsan beynində çox güclü neyronlar anlayışı var. Bunu psixoloqlar daha yaxşı bilirlər. Bu neyronlar həmin informasiyaları qəbul edir. Bu cür hallar həddindən artıq təkrarlananda onun kriminal, cinayət, intihar hadisələrinə birbaşa təsiri olur. Məsələn, Səddam Hüseyn asılandan sonra həmin hadisəni müəyyən qədər yamsılamaq halları baş vermişdi. Bəzi ölkələrdə bu cür yamsılama halları olmuşdu. Deməyim odur ki, bu cür hadisələrin həddindən artıq çox, bər-bəzəkli şəkildə mediada təbliğ olunması birbaşa olmasa da, həmin fikrin insan beynində yaranmasına təsir edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması…

Next

Yuxarı sinif və ali məktəblərdə ənənəvi dərslər BU QAYDADA başlaya bilər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv