Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu

By Vüsal Rafiqoğlu
29.01.2021 4 Min Read

İşğaldan azad edilmiş ərazilərdə dini, tarixi abidələrin bərpasında müsəlman dövlətlərinin iştirakı  İslam həmrəyliyinin sarsılmazlığıdır

«Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır» söyləyən Prezident İlham Əliyevin sözləri   ermənilərin «Şuşanı biz vermişik» yalanlarına cavabdır.

44 gün davam edən İkinci Qarabağ savaşının XXI əsrin müharibəsi adlandırılması o deməkdir ki, döyüşün hər  günü tarixə zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. Noyabrın 10-da işğalçı  kapitulyasiya aktını imzalamağa məcbur edildi.

«Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq» söyləyən Prezident İlham Əliyevin sərəncamları ilə müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçinin «Vətən Müharibəsi», «Zəfər», «Qarabağ» ordenləri, digər  medallarla təltif olunmasi Vətən yolunda  şəhid olmuş hərbçilərimizin rəşadətinə verilən dəyər,  ümumxalq ehtiramıdır.

Cəbrayıl, Füzuli, Xocavənd,  Suqovuşan, Hadrut, Murovdağ, Laçın, Qubadlı, Zəngilan, Şuşa…Azərbaycanın müstəqillik,  qəhrəmanlıq salnaməsinə yazılan zəfər səhifələridir. Xeyirin şər üzərində qələbəsi olan bu müharibədə  qalib gələn Azərbaycan əsgəri ermənilərin belini qırdığı kimi, fateh ordunun  döyüşçüsü olduğunu da  təsdiqlədi. Bu torpaqlarda əbədi yaşamaq haqqını bərpa etdi.  «Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm» söyləyən Prezident İlham Əliyev verdiyi vədi yerinə yetirərək işğaldan azad olunan ərazilərin bərpasına özü nəzarət edir.

Bütünlükdə türk dünyası üçün dəyərli olan Şuşa da  həqiqi sahiblərinə qaytarıldı. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında  apardığı etnik təmizləmə siyasətini pisləyərək,  xalqımıza məxsus  tarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizin dağıdılmasını  bəşəri cinayət  adlandıraraq  mövqelərini  Zirvə görüşlərinin  yekun bəyanatlarında rəsmən təsdiqləyən  beynəlxalq təşkilatlar, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını  bildirən müsəlman ölkələri erməni vandallarının işğal etdikləri ərazilərdə dini ocaqlarda törətdikləri vəhşilikləri bəşəri cinayət adlandırırlar.

İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdikdən sonra  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş direktoru  Bağdad Amreyev ilə  videoformatda görüşün keçirilməsi  göstərdi ki, İslam aləminin ayrılmaz parçası olan Azərbaycana maraq və dəstək  hər  zaman aktualdır. Azərbaycanın işğal olunmuş ərazilərində olan, orada gördükləri mənzərədən dəhşətə gələn  beynəlxalq təşkilatların, səfirliklərin,   müsəlman ölkələrinin  nümayəndələri  Ağdamı «Qafqazın Xirosiması»” adlandıran, Füzulinin,  Zəngilanın, Cəbrayılın, Qubadlının viran qoyulmuş mənzərəsindən dəhşətə gələn jurnalistlər erməniliyin mahiyyətini gördülər.  Həmin mahiyyət terrorçuluqdan, barbarlıqdan, qaniçənlikdən, vəhşilikdən,  insanlara nifrətdən qaynaqlanır.  Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı  Şuşaya səfəri zamanı qədim şəhərin  əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev onu da vurğulayır ki, dini abidələrin bərpasında, quruculuq işlərində  müsəlman ölkələrinin iştirakı  İslam həmrəyliyinin nümunəsidir.  İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində,  yol infrastrukturunun inşasında Türkiyə şirkətlərinin iştirakı  ilə bağlı razılaşmalar dostluq və birliyin əbədiliyini göstərir. Türk Şurasının Baş katibinin müharibə dövründə dəfələrlə  ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən, Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış etməsi çətin vaxtda  xalqımıza mənəvi-siyasi dəstək idi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da müsəlman ölkələrinin rolu böyük olmuşdur.  Müsəlman ölkələrinin  azad edilmiş ərazilərdə aparılan bərpa işlərində  iştirakı əlaqələri daha da genişləndirəcək.

«Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək» söyləyən Prezident İlham Əliyev  onu da bildirir ki,  tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm. Bu məsələlərin həllini nəzərdə  tutan, 2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürləri əks etdirən sənəd  artıq hazırdır.  ICESCO-nun Baş katibinin Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi, Türk Şurasının Baş katibinin Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı təklifləri İslam həmrəyliyinin ifadəsidir. Azərbaycana olan  maraq  təsadüfi deyil.  Şuşanın əvvəlki görkəminə qaytarılacağını bildirən  Prezident İlham Əliyevin  «Xarı bülbül»” festivalının keçirilməsi, dahi şair  Vaqifin məqbərəsinin bərpa olunması, Vaqif poeziya günlərinin təşkili ilə bağlı  göstərişlərinin əsasında da milli ruha, mənəvi dəyərlərə bağlılıq duyğuları  əks olunur.

Mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini ən önəmli vəzifə kimi qarşıya qoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev Şuşaya təyin olunan xüsusi nümayəndə Aydın Kərimovla  videoformatda keçirdiyi görüşdə  məqsəd və məramı bir daha açıqladı: «Hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi.»

Şuşanın  erməni əsirliyindən  azad olunmasını tam qələbəmiz kimi dəyərləndirən Prezident İlham Əliyevin «O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir» sözləri Böyük Qayıdışa çağırış, İslami birliyin sarsılmaz nümunəsidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vüqar Rəhimzadə: Xalqımız yaxşı bilir ki, torpaqlarımızı satan kimdir, onu əsarətdən qurtaran kimdir

Next

Bu əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyik

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv