Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Tanınmışların şəhid qohumları – FOTOLAR

By Vüsal Rafiqoğlu
10.02.2021 4 Min Read

“Şəhidlər ölməz, Vətən bölünməz!” Bu fikri artıq müstəqilliyimizin təməli atılandan bəri şəhid adını qazanmış hər bir vətəndaşımız sübut edib. Sonuncu dəfə isə bu söz öz təsdiqini Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün başlayan 44 günlük müharibədə tapdı. Həmin şəhidlər arasında Azərbaycanda tanınmış məşhurların yaxın qohumlarının da adı var.

ARANTV.AZ Yeniavaz.com-a istinadən sizləri onlardan bəziləri ilə tanış edir.

Tanınmışların şəhid qohumları - FOTOLARMərhum Prezident Heydər Əliyevin dostu lerikli Xanış kişinin nəvələri Altay və Elgün Mövlanov qardaşları
Altay Tahir oğlu Mövlanov 5 avqust 2000-ci ildə Lerik rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu) olub. Altay Tahir oğlu Mövlanov 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. Altay Mövlanov oktyabrın 30-da Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Altay Mövlanov şəhadətindən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunub.
Qardaşı Elgün Tahir oğlu Mövlanov 2 aprel 2002-ci ildə Lerik rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elgün Tahir oğlu Mövlanov 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. O, sentyabrın 30-da Vətən müharibəsində şəhid olub.
Elgün Mövlanov şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Tanınmışların şəhid qohumları - FOTOLARXalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı oğlu İsrafil İbrahimov
İsrafil Zülfüqar oğlu İbrahimov 16 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
İsrafil İbrahimov şəhadətindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Tanınmışların şəhid qohumları - FOTOLARXalq artisti Zabit Nəbizadənin bacısı oğlu Xalid Məcdunov
Xalid Zahir oğlu Məcdunov 12 fevral 1995-ci ildə Qobustan rayonu Poladlı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Xalid Məcdunov 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Xalid Məcdunov oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Xalid Məcdunov “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Tanınmışların şəhid qohumları - FOTOLARXalq artisti Əli Nurun oğlu, Baş leytenant Rövşən Nurzadə
Rövşən Əli oğlu Nurzadə 24 mart 1975-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Rövşən Nurzadə 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rövşən Nurzadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Rövşən Nurzadə şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Tanınmışların şəhid qohumları - FOTOLARİctimai-siyasi xadim, jurnalist, Ağ Partiyasının sədri Tural Abbaslının qardaşı Teymur Abbasov
Teymur Feyruz oğlu Abbasov 1981-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı Teymur Abbasov 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Abbasov oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Teymur şəhadətindən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tanınmışların şəhid qohumları - FOTOLARFüzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımovun oğlu Səid Rəşidzadə
Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. O, həmçinin Aprel döyüşlərinin də iştirakçısı olub. Səid Rəşidzadə Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhidlik zirvəsinə ucalıb. Füzuli rayonunda dəfn olunub.
Səid Rəşidzadə şəhadətindən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tanınmışların şəhid qohumları - FOTOLARMuxtar Qasımlı, Fitnes üzrə Azərbaycan çempionu
Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. Fitnes üzrə Azərbaycan çempionu olub. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı 2020-ci il sentyabrın 27-də etibarən Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.
Muxtar Qasımlı şəhadətindən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tanınmışların şəhid qohumları - FOTOLARƏməkdar artist Məlahət Abbasovanın qohumu Rövşən Rüstəmov
Rövşən Orxan oğlu Rüstəmov 11 aprel 1999-cu ildə Bakı şəhərində anadan olub. Rövşən 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində döyüşlərə qatılıb. O, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Rövşən Rüstəmov oktyabrın 6-da şəhid olub.
Rövşən Rüstəmov şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd edək ki, Rövşən həmçinin, Azərbaycan Milli Ordusunun yaradılmasında fəal iştirak etmiş məşhur sərkərdə, general-mayor Tərlan bəy Əliyarbəyovun nəticəsidir.
Tanınmışların şəhid qohumları - FOTOLARUzun illər bir sıra şəhər və rayon proкurorluqlarında işləyən İlqar Əliyevin və Gəncə Dövlət Universitetinin (GDU) kafedra müdiri Sevda Kazımovanın oğlu Yüksəl Əlizadə
Yüksəl İlqar oğlu Əlizadə 5 iyun 1996-cı ildə Qazax rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.
Yüksəl Əlizadə şəhadətindən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın qeyri-enerji sektorunun inkişafı prioritet olacaq

Next

Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini AÇIQLADI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv