Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Allah yolunda döyüşməyin fəziləti

By Vüsal Rafiqoğlu
12.02.2021 5 Min Read

Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran, 200).
Cihad sözü cəhd etmək, səy göstərmək deməkdir. Cihad var qüvvəsi ilə bütün çətinliklərə sinə gələrək düşmənə qarşı döyüşməkdir. Cihad Allah rizası üçün yerinə yetirilməlidir. Kim vəzifəyə nail olmaq, qənimət sahibi olmaq, şöhrət qazanmaq üçün döyüşərsə, onun axirətdə heç bir payı olmaz. Əbu Musa demişdir: “Bir dəfə bir nəfər Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun – yanına gəlib dedi: “İnsanlardan kimisi qənimət əldə etmək üçün, kimisi ad-san qazanmaq üçün, kimisi də özünü göstərmək üçün vuruşur. Bunlardan han­sı biri Allah yolundadır?” Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – buyurdu: “Kim Allahın Sözü hər şeydən uca olsun deyə vuruşursa, o, Allah yolundadır.” (əl-Buxari, 2810).

Cihad etməyin fəziləti

“Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurur: “Onu evindən çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir. Mən də onu nail olduğu savab və qəni­mətlə sağ-salamat yurduna qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm”. Hərgah ümmətimi əziy­yətə salmış olmasaydım, döyüşə gedən dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldü­rü­lüb yenə dirildil­mə­yimi, sonra mütləq yenə öldürülməyimi istər­dim”. (əl-Buxari, 26).

Cihad Cənnətin qapılarından biridir

“Allahın yolunda cihad edin, çünki o, Cənnətin qapıla­rından biridir. Allah onunla qəm-qüssəni aparır”. (əl-Hakim, 2404).

Vətən uğrunda ölən şəhiddir

Vətəni sevmək imandandır. Bu, vətəni düşmənlərdən qorumaq isə ən xeyirli əməllərdən sayılır. Dinimizdə vətəni qorumağın nə qədər şərəfli əməl olduğunu bildirən bir çox məlumatlar var. Belə ki, səhih hədislərdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur:

“Allah yolunda bir gün sərhəddə keşik çəkmək, başqa yerlərdə keçirilən min gündən daha xeyirlidir”. (ən-Nəsəi “Sunən” 3169, 3182).
“Allah yolunda bir gün sərhəddə keşik çəkmək bir ay oruc tut­maq və gecələri namazla keçirməkdən daha xeyirlidir. Kim də keşik çəkər­kən ölsə, qəbir fitnəsindən qorunar və əməli Qiyamətə qədər artırılar”. (ət-Tirmizi, 1665, 1766. İbn Hibban, 4606).
“Allah yolunda sərhəddə keşik çəkərkən öləndən başqa hər bir ölünün əməli kəsilir. Onun əməli Qiyamətə qədər artırılır və o, qəbir fitnə­sindən arxayın olur”. (ət-Tirmizi, 1621, 1721).
Vətəni müdafiə etmək, sərhəddə vətəni qorumaq, hədislərdə “Allah yolunda” sözünün içinə daxildir.
Həmçinin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) şəhidlik haqda buyurur:
“Kim malını qoruyaraq öldürülsə, şəhiddir. Kim dininə görə öldü­rülsə, şəhiddir. Kim canını müdafiə edərkən öldürülsə, şəhiddir. Kim ailə­sini müdafiə edərkən öldürülsə, şəhiddir”. (ət-Tirmizi, 1421, 1485).
“Kim haqsız yerə öldürülərsə, şəhiddir”. (Əhməd, 2780, 2832).
Başqa bir hədisdə belə deyilir: “Bir kişi Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın Elçisi, əgər bir nəfər mənim malımı əlimdən almaq istəsə, mən nə edim?” O buyurdu: “Malını ona vermə!” Kişi dedi: “Birdən müqavimət göstərsə?” O buyurdu: “Sən də ona müqavimət göstər”. Kişi dedi: “Əgər o, məni öldürsə?” O buyurdu: “Belə olan halda sən şəhid olarsan”. Kişi dedi: “Əgər birdən mən onu öldürsəm?” Peyğəmbər buyurdu: “O, Cəhənnəmlik olar”. (Muslim, 377).
Vətəni müdafiə etmək – həm malını, həm ailəsini, həm namusunu, həm dinini, həm də canını müdafiə etməkdir. Vətəni müdafiə edərək şəhid olan kəsdə – şəhidliyin bir neçə dərəcəsi cəmlənmişdir.
Bunun səbəbilə də vətən uğrunda ölən ŞƏHİD sayılır.

Allah, Onun yolunda döyüşənlərə zamindir

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – Rəbbinin belə buyurduğunu demişdir: “Mənim rizamı qazanmaq üçün Allah yolun­da cihad etməyə çıxan hər hansı bir qulumu döyüş­dən geri qaytaracağım təqdirdə, qazanacağı savabla və ya qəni­mətlə geri qaytaracağıma, ruhunu alacağım təqdirdə isə onu ba­ğış­layacağıma zəma­nət verirəm”. (ən-Nəsai, 3075).

Allah yolunda döyüşənin misalı

Rəvayət edilir ki, bir gün Peyğəmbərdən – ona və ailəsinə Allahın salavatı və salamı olsun – soruşdular: “Ey Allahın Elçisi! Hansı əməl Allah yolunda olan ciha­da bərabərdir?” O buyurdu: “Sizin ona gücünüz çatmaz!” (Səha­bələr bu sualı) iki və ya üç dəfə təkrar etdilər. Allah Elçisi hər dəfə: “Sizin ona gücünüz çatmaz!”- deyirdi. Sonra belə buyurdu: “Allah yolunda olan mücahidin misalı oruc tutan, namaz qılan, Allahın ayələrinə itaət edən, dayanmadan orucu və namazı Uca Allahın yolunda olan mücahid evinə qayıdana qədər yerinə yetirənin misalı kimidir”. (Muslim, 1878).

Son damla qanı tökülənə qədər döyüşən

“Yoldaşları darmadağın edildiyi halda, döyüşdən qaç­mağın haram oldu­ğu­nu bilərək qayıdıb son damla qanı tökülənə qədər Allahın yolunda döyüşən kişiyə Rəbbimiz sevinir. Uca Allah mələklə­rinə buyurur: “Mənim qu­lu­ma baxın! O, dər­ga­hım­da olan mükafata can ataraq və dərgahımda olan əzabdan qorxa­raq qayıtdı və son damla qanı tökülənə qədər döyüşdü”. (Əbu Davud, 2536).

Şəhidin qanı

“Şəhidləri qanlı-qanlı (kəfənlərinə) bürüyün, çünki Allaha görə elə bir yaralanan yoxdur ki, Qiyamət günü yarasından qan axa-axa Allahın hüzuruna gəlməsin. Onun yarasının rəngi qan rəngində, qoxusu isə müşk qoxusunda olacaq”. (ən-Nəsəi, 2002).

Şəhid qətlə yetirilərkən nə hiss edir?

“Şəhidin qətlə yetirilərkən hiss etdiyi birinizin çimdik hiss etməsi kimidir”. (İbn Hibban, 4636).

Şəhidliyi arzu edənin fəziləti

“Kim Allahdan sidq-ürəklə şəhid olmağı istəsə, yatağında ölmüş olsa belə, Allah onu şəhidlərin dərəcəsinə yüksəldər”. (ət-Tirmizi, 1653).

Nəyə görə şəhid qəbir fitnəsinə məruz qalmır?

Rəvayət edilir ki, bir adam dedi: “Ey Allahın Elçisi! Nəyə görə möminlər qəbir fitnəsinə məruz qalırlar, şəhid isə yox?” O buyurdu: “Başının üzərindəki qılıncların parıltısı fitnə olaraq ona kifayətdir”. (ən-Nəsəi, 2053).

Şəhidə verilən üstünlüklər

“Şəhidin Allah dərgahında altı xüsusiyyəti vardır; ilk qan damcısı ilə bağışlanır, Cənnətdəki yerini görür, qəbir əzabından qorunur, Qiyamət gününü dəhşətli qorxusundan arxayın olur, başına vüqar tacı qoyulur – Onun üzərindəki yaqut dənəsi dünya və onun içəri­sində olanlardan daha xeyirlidir – yetmiş iki huri ilə evləndirilir və qohum-əqrabasından yetmiş nəfərə şəfaət edir”. (ət-Tirmizi, 1663).

“Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət mey­vələrindən yeyir və Ərşin kölgəsində yerləşdi­ril­miş qızıl çıraqla­rın yanına qayıdırlar. Yemək-içmək­lərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman de­yir­lər: “Kaş ki, qardaş­la­rımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yo­lunda olan cihaddan qorxub qaçmayaydı­lar”. Uca Allah: “Mən sizin de­dik­lərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”. (Əbu Davud, 2158).

“Şəhidlər Cənnət qapısının yanında olan “Bəriq” çayının üzə­rin­də yaşıl çadırdadırlar. Səhər-axşam onlara Cənnətdən ruziləri gətirilir”. (İmam Əhməd, 2390).

Allah Elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun – Cəbraildən bu ayə haqda soruşdu: “Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir” (əz-Zumər, 68). Allahın öldürmək istəmədikləri kimlərdir?” Cəbrail dedi: “Onlar Uca Allahın şəhidləridir”. (əl-Hakim, 3000).

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətən sevgisi

Next

Əhli-beytin fəziləti

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv