Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması tarixi nailiyyətdir

By Vüsal Rafiqoğlu
13.02.2021 3 Min Read

“Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması və bu gün TAP-ın istismara verilməsilə artıq daha yüksək səviyyəyə keçid alması, ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində mümkün olub”.

ARANTV.AZ  xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bu sözləri yap.org.az saytına müsahibəsində deyib.

Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılmasının ölkəmiz üçün əhəmiyyəti, eləcə də TAP-ın istismara verilməsilə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında yaranan strateji əməkdaşlığın yeni formatı ilə bağlı öz fikirlərini paylaşan Kamaləddin Qafarov bu layihənin qlobal strateji əhəmiyyət kəsb etdiyini bildirib: “İlk növbədə mən Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə başda ölkə Prezidenti İlham Əliyev olmaqla hamımızı, bütün Azərbaycan xalqını təbrik edirəm. Həqiqətən də bu möhtəşəm layihə qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edir. Artıq bundan sonra ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri tamamilə yeni formatda davam edəcəkdir ki, bu formatın da Azərbaycanın milli maraqlarına tam uyğun olması birmənalıdır. Aydındır ki, bu layihənin həyata keçirilməsində bütün iştirakçı ölkələrin zəhməti, payı vardır. Lakin danılmaz həqiqət budur ki, məhz Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında xidmətləri müstəsna dərəcədə böyükdür. Əslində, bu layihənin gerçəkləşməsi bütün bu illər ərzində dövlətimizin başçısı tərəfindən nümayiş etdirilən prinsipial mövqe, qətiyyət və strateji idarəçilik  sayəsində mümkün olub. Azərbaycan bu nöqtəyə çatmaq üçün uzun bir yol keçib. Bu yolda atılan ilk addım isə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə  dünyanın aparıcı enerji şirkətləri ilə Azərbaycan arasında imzalanmış “Əsrin müqaviləsi” oldu. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, bu, bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi və 1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. Daha sonra 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium arasında “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalandı. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrildi. Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə oldu. 1999-cu ildə Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəməri, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri istifadəyə verildi. 2007-ci ildə Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşası başa çatdırıldı. Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzalandı. 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırıldı.  Şübhəsiz,  Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması bütün Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edəcək tarixi nailiyyətdir.”

Daha sonra millət vəkili TAP-ın istismara verilməsilə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artacağını vurğulayaraq demişdir: “Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi hazırda Avropanı Xəzər dənizi ilə bağlayır. Yəni bu layihə dünya miqyaslı infrastruktur vasitəsilə Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirir, iqlim, iqtisadi və kommersiya məqsədlərinə nail olunmasına böyük töhfələr verir. İlk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olub. Əslində, bu layihə bütün Avrasiya məkanında yeni geoiqtisadi mühiti və dayanıqlı inkişafı, qlobal əməkdaşlığı təşviq edən bir formasiya yaradır. Öz növbəsində Azərbaycan öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməklə enerji dəhlizinin fiziki təhlükəsizliyini artırmış və bu layihəyə hərbi hədələri aradan qaldırmışdır. Beləliklə, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə zəmin yaradır. Azərbaycan artıq uzun illərdir ki, Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib və bu bölgədəki  tərəfdaşları üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri, eləcə də ölkənin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edir. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir. Eyni zamanda da reallaşan hər beynəlxalq layihə ölkəmizin iqtisadi gücünü, qüdrətini artırır. Əminliklə demək olar ki, Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması və layihənin sonuncu seqmenti olan TAP-ın istismara verilməsi növbəti on ildə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsi və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsi xüsusunda qarşıya qoyulmuş vəzifələrin icrasına misilsiz töhfələr verəcəkdir.”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görüldü

Next

Bu tətbiqlərin smartfonlardan silinməsi tövsiyə olundu

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv