Təkrari düşüklər və sonsuzluqda genetik səbəblər- Genetik həkimdən AÇIQLAMA
Daha əvvəl düşük baş vermiş bir qadında təkrar düşük ehtimalı 25% dir. Bir çox qadın hamiləliyin çox kiçik həftəsində düşük etdiyindən bunu ağır bir aybaşı qanaması zənn edərək anlamaya bilər. Hamiləliklərin %10-20′si vaxtından əvvəl düşüklə nəticələnir. Üç yada daha çox düşük yaşanmasına isə təkrarlayan düşüklər deyilir. Hər 100 qadından 1′i təkrarlayan düşük yaşaya bilir. Düşüklərin 75 faizi hamiləliyin 16.ci həftəsindən, 62 faizi isə 12.ci hamiləlik həftəsindən əvvəl baş verir. Tekrarlayan düşüklərə səbəb ola biləcək bir çox faktor vardır.
Artan ana yaşı və əvvəlki düşüklərin sayı da hamiləlik itkisi üçün risk faktoru kimi görülməkdədir. Yaş artdıqca düşük etmə riski artır, qadın 40 yaşından böyüksə hamiləliyinin düşüklə sonlanma riski yüksəkdir. Kişilərin yaşının böyük olması da düşük riskini artıra bilir. Düşüklər birincil və ikincil olaraq 2 kateqoriyaya bölünür; birincil düşük heç canlı doğum etməyən qadınlarda hamiləlik itkisini ifadə edir, ikincil düşük isə daha əvvəl canlı doğum edən qadınlarda hamiləlik itkisi olaraq adlandırılmaqdadır.
