Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ağac əvəzinə mina əkən, bina yerinə blindaj tikənlər…

By Vüsal Rafiqoğlu
14.02.2021 3 Min Read

Son 20 gündə Qarabağı heç vaxt olmadığı qədər gəzdik. Bir yanı Mincivan, o biri yanı Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl… Hələ heç yarısı deyil. Bunun Laçını, Şuşası, Kəlbəcəri, Qubadlısı, Xocalısı, Xankəndisi, Ağdərəsi var.

Gəzdiyimiz, gördüyümüz yerlərin bizdə yaratıdığı ən böyük təəssürat başqadır, dağıntıların, xarabalıqların miqyası ilə bağlı deyil. Nə boydaymış Qarabağ! Necə gözəlmiş! Necə bərəkətli torpaqları varmış! Dağları dağ, meşələri meşə, çayları çay, dərələri dərə, torpağı torpaq…

Şair Səməd Vurğun əbəs yerə demirmiş, “nə çoxdur oylağın sənin, aranın, yaylağın sənin”.

Bir ölkə itiribmişik. Israil dövləti boyda, ondan qat-qat artıq təbii resurslara malik bir diyar. Dünyanın çoxsaylı kiçik ölkələrinin yanında “böyük ölkə” sayılacaq bir yer. Bu gün biz məhz o ölkəni geri qaytarmışıq! Budur 44 günlük müharibənin ən bariz nəticəsi.

77.jpg (11 KB)

Görməyən, gəzməyən bilməz. İnşallah, yaz ağzı, imkan verilsə, yığışıb oralara ziyarətə getmək lazımdır. Qoy insanların gözü-könlü açılsın.

Yəqin ki, 700-ə yaxın kənd, qəsəbə və şəhərin xarabalıqları insanların ürəyini sızladacaq, amma bu keçicidir, gözəl hava, sərin və lətafətli su, göz oxşayan mənzərələr bu sızıltını səngidəcək. Ən uca zirvədə durarkən hiss edəcəksiniz ki, siz dünyanın ən gözəl guşələrinin, ən əlverişli iqlimə malik məkanının, ən bərəkətli torpağının sahibisiniz.

Söz yox, ermənilər bizə dünyanın ən böyük pisliyini ediblər. Bundan o yanası yoxdur. Onların etdiyi təkcə vandallıq deyil, eləcə də genosid cinayətinin elementidir. Onlar bizim kökümüzü o torpaqdan qazımışdılar, izimizi silmişdilər, gözümüzü oralardan çəkməyimizi istəyirdilər. Amma bacarmadılar. Arxalı köpək qurdu basa bilmədi. Tələyə salınanda biləyini gəmirib qıran və özünü xilas edən qurd kimi igid əsgərlərimiz ortaya çıxdı və düşməni ildırım sürəti ilə çökdürdü.

1.jpg (156 KB)

Gəzdikcə, gördükcə, anlayırsan ki, ermənilər bu torpaqlara sahiblənə bilməyiblər, bir düz-əməlli bina tikməyib, bir ağac əkməyiblər, əkdikləri mina olub, tikdikləri – istehkam.

33.JPG (48 KB)

Onlar uzun illər oturub möcüzə gözləyiblər: Azərbaycan öz torpaqlarının başından keçəcək, iddialarından geri duracaq, ya da hansısa fövqəlgüc (yaxud onların birliyi) ortaya qəti mövqe qoyacaq: “Qurtardı, bu torpaqlar bizim xristian qardaşlarımıza qalır, siz müsəlmansınız, Qarabağ sizin deyil”.

Dəqiqdir ki, onlar son qərardan, qalıcı sülh bərqərar olunandan, başqa sözlə, tam təslimiyyətimizə nail olduqdan sonra geniş tikinti-quruculuq işləri aparacaqdılar. Azərbaycanlılara məxsus evlərin, obyüktlərin yandırılıb-dağıdılmasının isə bircə məqsədi olub – sahibləri geri qayıda bilməsinlər.

Budur, 100 gündür müharibə bitib, yurdlarımız özümüzdədir, amma qayıda bilmirik. Ona görə ki, qayıdarkən, daldalanmağa, sığınmağa yerimiz yoxdur. Mənfur düşmənlərin tətbiq etdiyi “yandırılmış torpaq” taktikası bu gün o yerlərin sahiblərini yandırır.

66.jpg (53 KB)

Ermənilər səbrlə, sadə xalqa “hər şey yaxşı olacaq” vədi verə-verə gözləməkdəykən, qeyrətli vətən oğulları “yaddan çıxmaz Qarabağ” dedilər, uzun sürən “torpaqunutdurma prosesi”nin istiqamətini dəyişdilər, əllərindən gələn hər şeyi etdilər. Bu sayədə bu gün biz çoxlu viranə yurdları olan doğma mahalımızı geri aldıq.

İndi də vaxtilə bu kəndlərin bəzilərində yaşamış ermənilər didərgin düşüb. Onların boş qalmış evlərinə baxanda, gerçəkdən adamda üzüntü yaranır. Niyə belə olmalıydı axı? Hərçənd başlarına gələn acı aqibətdə onların da məsuliyyət payı var. İrəvandan, Eçmiədzindən qara niyyətli, qara saqqalı, qara libaslı adamlar gəlib onları yüz illərlə mehribancasına yaşadıqları qonşularına silah qaldırmağa təhrik edəndə müqavimət göstərməyiblər, əksinə, həvəslə onlara qoşulub qətliamlarda, talanlarda iştirak ediblər, bizim bədbəxtliyimiz üzərində xoşbəxt olmağa çalışıblar. İndi öz günahlarının cəzasını çəkirlər.

Biz isə olub-keçənləri unutmadan, bir daha heç vaxt sayıqlığı əldən vermədən, çomağı əldən yerə qoymadan, bununla yanaşı, köhnə ədavəti təkrar qızışdırmadan, yeni ölkə qurmalıyıq.

photo_2021-02-13_18-17-42.jpg (291 KB)

 “Yeni Müsavat”ın əməkdaşları Xocavənd rayonunun Edilli kəndində, 11 fevral, 2021-ci il 

Qarabağ torpaqlarını gəzdikcə (onu da deyim ki, o dağ-dərələrdə 10 kilometr pay-piyada gəzirsən, yorulmursan – nə işdirsə) düşünürsən ki, bu civarda böyük bir şəhər salmaq, 15-20 ilə onu ölkənin 3-cü, 4-cü böyük şəhərinə çevirmək olar.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Münhendən başlayan kapitulyasiya – 1 il öncə Əliyev Paşinyanı necə “nokaut”a salmışdı…

Next

“Şər atır, onu Allaha tapşırıram” – Kərimdən arvadının iddialarına cavab

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv