Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

ÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTO

By Vüsal Rafiqoğlu
14.02.2021 3 Min Read

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə “PROACT-Qayğı” layihəsinə başlayıb.

Bu barədə ÜST-ün Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, “PROACT-Qayğı” layihəsinin əsas tərəfdaşlarının bir yerə toplaşdığı açılış tədbiri ilə Şamaxı rayonunda layihənin icrasına başlanılıb.

“PROACT-Qayğı” COVID-19 kontekstində zəruri səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin, layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın “Ukaid”, Rumıniyanın “RoAid” təşkilatları və “UHC-Əməkdaşlıq” təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir. ÜST-nin Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.

“Səhiyyə işçilərimiz ağır pandemiya şəraitində öz  vacib missiyalarını həyata keçirmək üçün  daima bilik və bacarıqlarını inkişaf etdirməyə çalışır. Biz də çalışırıq kı, bu prosesdə onlara hərtərəfli dəstək olaq. Bu gün bu dəstəyə görə buraya toplaşmış hər kəsə Şamaxı səhiyyə işçiləri adından dərin təşəkkürümü bildirirəm” deyə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib. O, həmçinin, Şamaxıda pandemiyaya qarşı mübarizdə istifadə ediləcək geo-analitik səhiyyə xəritəsini təqdim edib və bildirib ki, “Rayon ərazisindəki tibb müəssisələri və oradakı bütün xidmətlər sistemləşdirilərək elektron xəritə üzərinə köçürülüb. Bu xəritə vasitəsilə məlumatlar vizuallaşdırılır və mövcud vəziyyətlə bağlı hesabatlar əldə edilir. Həmçinin COVID-19-a yoluxma və vaksinləşmə ilə bağlı ən son məlumatlar xəritə üzərində görüntülənir.”

“USAID Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi və səhiyyə işçiləri üçün təlim layihələrini dəstəkləməkdən qürur hissi keçirir. Səhiyyə işçiləri COVID-19-a qarşı mübarizənin ön cəbhəsində dayanırlar. Bu, həkimlər, tibb bacıları və qardaşları və digər səhiyyə işçilərinin bizim gündəlik həyatımızda, eləcə də iqtisadi inkişafın təmin edilməsində nə qədər vacib rol oynadıqlarını sübut edir,” USAID-nin Azərbaycandakı missiya direktoru Dr. Cey Sinqx bildirib. O, həmçinin, əlavə edib ki, ABŞ hökuməti pandemiyanın sonlandırılması üçün Azərbaycan hökuməti ilə birgə çalışmağa davam edəcəkdir.

“PROACT-Qayğı” layihəsi vasitəsilə Şamaxı əhalisi ixtisaslı heyət tərəfindən təmin edilən və diaqnostika və müalicə üçün gərəkli müasir avadanlıqla təchiz edilmiş keyfiyyətli ilkin səhiyyə xidmətinə çıxış əldə edəcək,” deyə ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr Hande Harmancı qeyd edib. O bildirib ki, layihənin Şamaxıda yaratmağa çalışdığı güclü ilkin səhiyyə xidməti insanların daha uzun və daha sağlam həyat yaşamasına, səhiyyə xərclərinin aşağı düşməsinə, səhiyyəyə ayrılan vəsaitin optimallaşdırılmasına və iqtisadi məhsuldarlığın artmasına gətirib çıxaracaq.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Min Yuan bildirib ki, “UNİCEF ÜST-lə əməkdaşlıqda Azərbaycanda ilkin səhiyyə sisteminin vacib komponenti olan ana və uşaq sağlamlığının yaxşılaşdırılması üçün “PROACT-Qayğı” layihəsinə töhfə verəcək.” O söyləyib ki, ilkin səhiyyədə ana və uşaq sağlamlığı və qidalanma ilə bağlı zəruri səhiyyə xidmətlərinin göstərilməsi sahəsində yerli səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması üçün UNICEF-in mövcud təlim paketləri Şamaxı səhiyyə işçilərinə təqdim ediləcək.

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov “PROACT-Qayğı” layihəsinin tərəfdaşlarına Şamaxıda bu layihənin həyata keçirilməsi üçün təşəkkürünü bildirib və layihənin Azərbaycanın digər rayonlarında da tətbiq edilməsinə dəstəyini ifadə edib. O qeyd edib ki, Heydər Əliyev Fondu artıq Şamaxıda bir sıra ilkin səhiyyə müəssisələri inşa edib və fond ilkin səhiyyənin gücləndirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Tədbir iştirakçıları cari ilin 4 fevralından etibarən yerli tibb işçilərinə təlim keçməyə başlayan Şamaxı Təlim Mərkəzini də ziyarət edib. USAID-in maliyyə və ÜST-nin texniki dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən “PROACT-Təlim” layihəsi çərçivəsində yaradılan mərkəz 15 maya qədər Şamaxı və ətraf rayonlardan olan 400-ə qədər tibb işçisinə ilkin səhiyyə xidmətləri və COVID-19-a cavab tədbirləri sahəsində təlim keçəcək. Təlim mərkəzi daha sonra Şamaxı Mərkəzi Rayon Xəstəxanası nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.

“PROACT-Qayğı” layihəsinin tərəfdaşları həmçinin Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrinə baş çəkib. Bu kəndlərdə yerli tibb işçiləri və əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onlarlarla ilkin səhiyyə sahəsindəki ehtiyaclarını müzakirə edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verdi – VİDEO

Next

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupundan BƏYANAT

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv