Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Mehriban Əliyevanın fəaliyyətində humanizm prinsipləri hər zaman prioritet olub

By Vüsal Rafiqoğlu
19.02.2021 4 Min Read

Şəbnəm Həsənova: Birinci vitse-prezident xanım Mehriban Əliyeva Azərbaycan qadınının ən mükəmməl imicini formalaşdırmaqla onu bütün dünyada layiqincə təmsil edir

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edib. Hər şeydən öncə qeyd olunmalıdır ki, bu gün Azərbaycan ilə ICESCO arasında əməkdaşlıq yüksək səviyyədədir. ICESCO-nun Baş direktoru Salim əl-Malikin başçılığı altında nümayəndə heyəti işğaldan azad olunmuş bəzi ərazilərə səfər edərkən onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi oldular. 14 yanvar 2021-ci ildə Salim əl-Malikin Bakıda olarkən Azərbaycan xalqı üçün olduqca həssas və zərif emosiyalar çağırışdıran, eyni zamanda Qarabağın incisi hesab olunan Şuşa şəhərinin İslam dünyasının paytaxtı olması təklifi ilə çıxış etməsi ICESCO ilə münasibətlərimizə yeni bir nəfəs, istilik gətirdi. Bu baxımdan da videokonfrans formatında keçirilən tədbirdə mötəbər şəxslərin çıxış edəcəyini deyən ICESCO-nun Baş direktoru Salim əl-Malikin də əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin videoçıxışını təqdim etməsi ölkəmizə, Mehriban xanım Əliyevanın bu vaxta qədər bu sahədə gördüyü işlərə verilən dəyərlə yanaşı, onun şəxsinə olan hörmətin və rəğbətin bariz ifadəsidir. Bununla yanaşı, heç şünhəsiz ki, bu dəvət Mehriban xanım Əliyevanın da vurğuladığı kimi Azərbaycan qadınlarının təhsil və elmdə iştirakının inkişafı ilə bağlı dövlətimiz tərəfindən yürüdülən siyasətin yüksək qiymətləndirilməsinin təzahürüdür.

Ölkəmizin ictimai və siyasi həyatında əvəzolunmaz vəzifələr tutan və inkişafına töhfə verən çox sayda məşhur və görkəmli qadın olmuşdur. Bunlara Şərqdəki ilk qadın diplomat Sara Xatun, Şərqin ilk qadın aviatoru Leyla Məmmədbəyova, neft sənayesində universitet dərəcəsi qazanan və Xarici işlər naziri Tahira Tahirova, görkəmli oftalmoloq və akademik Zərifə Əliyeva, peşəkar şərqşünas Aida İmanquliyeva, Şərqdəki ilk qadın opera bəstəkarı Şəfiqə Axundova, Azərbaycanın ilk qadın Milli Qəhrəmanı Salatın Əsgərova və şübhəsiz ki, Azərbaycanın müasir tarixində çoxşaxəli və səmərəli fəaliyyəti ilə dərin izlər açan Mehriban xanım Əliyeva.

Bu gün ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərilir. Gender bərabərliyini təşviq etmək üçün başda ölkəmizin Birinci xanımı Mehriban Əliyeva olmaqla əhəmiyyətli işlər görən ilhamverici Azərbaycan qadınları var. Əvvəla, Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən dövlətdir. Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdikdən sonra gender məsələlərilə yaxından məşğul olmaq məqsədilə “Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi” yaradılıb. Vətən müharibəsi dövründə də Azərbaycan qadının xarakterik xüsusiyyətlərinə uyğun olaraq ölkənin birinci xanımı Mehriban Əliyevanın şəhid və əsgər analarına, bacılarına, həyat yoldaşlarına olan nəcib və qayğı dolu müraciətləri bir daha göstərdi ki, qeyd olunduğu kimi həqiqətən də güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynayır. Digər bir faktı da vurğulamaq lazımdır ki, Azərbaycanın Vətən Müharibəsinin ilk xanım şəhidi, şəhid qızı Arəstə xanımın obrazında Azərbaycan qadının mərdliyi, Vətən və peşə sevgisi öz təzahürünü tapır.

Eyni zamanda, hal-hazırda Azərbaycan Parlamentinin spikeri xanımdır, sonuncu çağırılmış parlamentdə qadın deputatların sayı artmışdır. Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. İndiki mərhələdə Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni həyatında aktiv fəaliyyət göstərib, aparıcı qüvvəyə malik olmaqla cəmiyyətdə nüfuz sahibidir.

Elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir. Gənc nəslin gələcəyində də elmin rolu olduqca vacibdir. Qeyd olunduğu kimi ICESCO-nu 2021-ci ili “Qadınlar ili” elan edilməsi yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan saysız-hesabsız fədakar qadın tədqiqatçı alimlər, həkimlər və səhiyyə işçiləri var.

Azərbaycanda qadınların təhsilinə verilən ən parlaq nümunələrdən birincisi o faktdır ki, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə Bakı şəhərində yaradılmışdır. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır, qadınlar ölkəmizdə ali təhsil ocaqlarının müxtəlif pillələrində əhəmiyyətli faiz nisbəti ilə aktiv iştirak edirlər.

Ən vacib məsələlərdən biri kimi qızlar və gənc xanımların elm sahəsində iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır ki, bu istiqamətdə də fundamental addımlar atılır. Belə ki, Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığı “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramı icra olunur.

Təbirdə çıxışı zamanı “Biz azad olunmuş ərazilərdə yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik” deyən Azərbaycan qadını Mehriban Əliyeva bir daha sübut etdi ki, tarix boyu, qadınlar sülh elçisi olmuşlar, qan tökülməsinin qarşısının alınması məqsədilə dünyaya sülhsevər mesajlar, çağırışlar etmişlər. Vətən müahribəsi dövründə də Azərbaycan qadının ən mükəmməl nümunəsi, siması və sanki Azərbaycan qadını kitabının üz qabığı olan Azərbaycanın Birinci xanımı-Xanım Mehriban Əliyeva hər bir Azərbaycan oğlunu, əsgərini öz balası saydı, xalqa hər müraciətində hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua etdiyini, şəhid analarının acısını bir ana kimi bölüşdüyünü bildirdi və dünyaya sülh çağırışları edib, sülh toxumları səpdi. Şəhid anaları ilə görüşdə “Mən bir ana kimi sizin qarşınızda baş əyirəm” deyən bu ana, bu qadın ismətin, ləyaqətin daşıyıcısı və carçısıdır.

Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən şəhidlərə, müharibə veteranlarına, qazilərə, onların ailələrinə  xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutub. Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.

Beləliklə də ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadının ən mükəmməl imicini formalaşdırmaqla onu bütün dünyada layiqincə təmsil edir və tanıdır.

Şəbnəm HƏSƏNOVA,

Politoloq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zarafat etmək müsəlman əxlaqına uyğundurmu?

Next

Bakıda İran vətəndaşı özünü 6-cı mərtəbədən atdı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv