Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Qızı ona görə özünü öldürdü – Tanınmış şairdən MARAQLI FAKTLAR

By Vüsal Rafiqoğlu
20.02.2021 3 Min Read

Bu gün Əliağa Kürçaylının doğum günüdür. ARANTV.AZ  Kulis.az-a istinadən bu münasibətlə şair haqqında maraqlı faktları diqqətinizə çatdırır.

Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub.

***

Doqquzuncu sinifdə məktəbi yarımçıq qoyub və Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.

***

Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olub, sonra işini Rus Dram Teatrında eyni vəzifəyə dəyişib. Bu dövrdə onda poeziyaya güclü maraq oyanıb. 1947-ci ildə Səməd Vurğunun dəvəti ilə gənc yazıçıların I Respublika müşavirəsində iştirakı isə onun bütün həyatını dəyişib.

***

Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olan şairi M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərsələr də, bir il sonra geri qayıdır. ADU-da təhsilini davam etdirir. M.Qorki adına Ədəbiyyat İnstitutunu yarımçıq qoymasının da maraqlı tarixçəsi var. Şair rəsmi olaraq Moskvanın havasına alışmadığını, səhhətinin Moskvada yaşamağa imkan vermədiyini desə də, həyat yoldaşı xatirələrində yazır ki, şair Moskvadakı təhsilindən məhz ona görə imtina edib:

“Əliağanın anası ölənədək deyirdi ki, oğlum, sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: “Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.

***

Həyat yoldaşı Şəhla Kürçaylı (məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı) xatirələrində Əliağa Kürçaylının doğum tarixi ilə bağlı maraqlı bir faktı qeyd edir: “Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla – həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq”.

***

O dövr Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərir: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.

Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?

– Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:

Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim…

Səməd Vurğun – “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” – deyir. Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.

***

Şair ailə qurandan sonra ağır günləri çox olub. İki uşaqları olub. Birinci oğlu Ülfət, ikinci qızı Ülkər dünyaya gəlib. Kirayədə yaşayan ailə bir müddət maddi çətinliklərlə üzləşiblər.

***

Xalq rəssamı Mikayıl Abdullayev Nəsiminin portretini Əliağa Kürçaylıya baxıb çəkib.

***

Mollalarla arası yox imiş. Yolda izdə molla ilə rast gəlsə, məzələnərdi. Bir dəfə molla ilə rast gəlir, öskürür, mollanın yadına salır ki, azan vaxtıdır, tələs.

***

Şair bir il müddətində “Yazıçı” nəşriyyatına rəhbərlik edib. Hamını çap etmirdi. Buna görə çox vaxt əsəb, gərginlik yaşayırdı. Bir gün dostu Tofiq Bayram otağına gəlib. Stolunun üstünə bir balaca kitab qoyub ki, qol çək, çap olunsun. Əliağa şeirlərə göz atıb, baxıb çox zəifdir. Deyib, Tofiq bu kitabdan çaxır iyi gəlir.

***

Əliağa Kürçaylının ədəbi mühitdə ləqəbi qırmızı olub. Çünki qırmızı danışırmış, həm də yanağı qırmızı olub.

***

Şair xərçəng xəstəlikdən əziyyət çəkirdi. Ölümünə 20 dəqiqə qalmış qızı Ülkər atasının halından xəbər tutur. Qardaşı bacısını başa salmağa cəhd edir, amma çifayda! Ülkər atasını ölü tək çarpayıda görür. Hamı ağlayırdı. Qardaşı o ağır günləri belə xatırlayır:
“Atama yaxınlaşdı. Üzünü örtmüşdük. İndi də ürəyimdə qalıb: onun atama yaxınlaşıb öpməsinə imkan vermədim. Dedim, halı lap pisləşər. Guya yaxşılıq eləyirdim. Hərdən fikirləşirəm, bəlkə, qoysaydım, ataya sarılsaydı, belə eləməzdi. Otaqdan çıxdı. Onda mənim 25, onun 23 yaşı vardı. Birdən ayıldım ki, Ülkər yoxdu. Axtardım, balaca bir kağız tapdım: “Məni axtarmayın. Ülkər”

***

Ülkər intihar edir. Özünü dənizə atır. Dalğıclar xilas etsələr də qorxudan ürəyi partlayır.

***

Əliağa Kürçaylı 1980-ci il, fevralın 11-də, 51 yaşında vəfat edib.

***

Əliağa Kürçaylının bu şeiri Azərbaycan ədəbiyyatında ən gözəl şeirlərdən biri hesab edilir.

İstərəm

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəhidin ikinci övladı doğuldu, atasının adını verdilər – FOTOLAR

Next

Türkiyə “S-400”-ləri Azərbaycanda yerləşdirə bilər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv