Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün vazkeçilməz pəhriz

By Vüsal Rafiqoğlu
21.02.2021 3 Min Read

İdeal görünüşə, sağlam bədənə sahib olmaq istəyirsinizsə, düzgün qidalanmalı, pəhriz saxlamalı, bunu gündəlik həyat tərzinə çevirməlisiniz. Pəhriz və arıqlamaq günümüzdə qadınlarla yanaşı, kişilərin də ən həssas mövzusuna çevrilib. Gündəlik həyatda yeyib-içdiklərimiz, eyni zamanda həyat tərzimiz, iş rejimimiz arıqlamağımızda, pəhrizimizdə mühüm rol oynayır. Arıqlamaq bəzilərinə su içmək qədər asan olsa da, bəziləri üçün tamamilə mümkünsüz bir şeydir.

Arıqlamaq və pəhrizə görə nə etməli?

Pəhriz və arıqlamaq, düzgün qidalanmaqla bağlı bu gün internetdə çoxsaylı axtarışlar verilsə də, əksər hallarda köklükdən, piylənmədən əziyyət çəkənlər hədəflərinə nail ola bilmirlər. Diyetoloqlar isə sağlam şəkildə arıqlamaq istəyənlərə gün ərzində 2-2,5 litr su içmək, pəhrizlə yanaşı, davamlı olaraq idman etməyi tövsiyə edirlər. Arıqlamaq, pəhriz zamanı düzənli bir şəkildə qidalanmaq, fərqli qidalara üstünlük verməmək tövsiyə olunur.

Sağlam rasionda əsas nüans

Yağsız sulu xörəklərə, səbzəli şorbalara, duzsuz, şəkərsiz qidalara, içkilərə, həmçinin zeytun yağı, hind qozu, avokado yağına üstünlük verilməlidir.

Arıqlayanların dostu və düşməni

Yulaf, yoqurt, fındıq, qoz, alma, armud, avokado, yaşıl çaya üstünlük verilməlidir.

ARANTV.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, Dövlət Gömrük Hospitalının diyetoloqu, Türkiyənin “Hacattepe” Universitetinin məzunu Məlahət Kərimova qısa müddətdə sağlam arıqlamağın yollarını açıqlayıb. M.Kərimova deyir ki, kaloriləri düzgün yandırmaq lazımdır: “Oturaq həyat tərzi piylənməyə səbəb olur. İşgüzar, amma oturaq həyat tərzi keçirən şəxslər sağlam qidalansalar, onlarda piylənmə, kökəlmə olmayacaq. Karbohidratları, zülalları, vitaminləri düzgün formada qəbul etmək lazımdır. Bunlar bir vəhdət təşkil etməlidir. Gün ərzində qəbul olunan karbohidratlar 50-55, proteinlər 14-16 faiz, yağlar isə 15-20 faiz təşkil etməlidir”.

Sağlam arıqlamaq və pəhriz üçün D vitamini də önəmlidir

Diyetoloq deyir ki, tərkibində D vitamini olan yumurtaya, balığa üstünlük verilməlidir: “Bununla yanaşı, D vitamini dərman preparatının qəbulu da məsləhətlidir. Eyni zamanda, sink, selen qəbulu tövsiyə olunur ki, bunlar daha çox yumurta, süd, günəbaxan, balqabaq tumundadır. Sink, selenium immun sistemini qoruyur. Qadınlarda saçın tökülməsi də elə sinkin azlığındandır”.

M.Kərimovanın sözlərinə görə, meyvə-tərəvəzlərin qəbulunun da arıqlamada, pəhrizdə xüsusi rolu var: “Gül kələmi, brokkolidə həddən çox vitaminlər var ki, bunlar həm də immun sisteminin bərpasına müsbət təsir edir. Ümumiyyətlə, arıqlamaq istəyənlər elə pəhriz saxlamalıdırlar ki, onlarda aclıq hissi yaranmasın. Yəni şəxsin gözü ac olmasın”. Şirniyyatın kökəlməyə təsirindən danışan diyetoloq deyir ki, qadınların xüsusi günlərində şirniyyat yeməsi qəbulediləndir: “Bu dönəmdə 20-30 qram şirniyyat yemək olar. Bu zaman təmiz, keyfiyyətli, 75-80 faizlik şokoladlar yemək olar”.

Su pəhrizin bel sütunudur

Sağlam arıqlamaq üçün pəhrizin 1600 kaloridən başladığını vurğulayan mütəxəssis deyir ki, pəhriz saxlayarkən, arıqlama zamanı çörəyə, makarona qadağa qoyulsa da, gün ərzində 1-2 dilim çörək yemək olar. Bunun səbəbi çörəyin tərkibində olan bəzi faydalı liflərdir ki, onlar da mədə-bağırsaq sisteminin düzgün çalışmasına şərait yaradır. Gündəlik qidalanmaya gəldikdə isə həmsöhbətimiz deyir ki, arıqlamaq, pəhriz üçün ilk olaraq sudan başlamaq vacibdir: “Səhər durarkən öncə bir stəkan su içmək lazımdır. Arıqlama, pəhrizdə suyun xüsusi önəmi var. Mümkün olduğu qədər də gün ərzində 2 litr su qəbul edilməsi tövsiyə olunur.

Bununla yanaşı, yeyəcəyimiz qidaların duzsuz olmasına nəzər yetirməliyik ki, qəbul etdiyimiz su maddələr mübadiləsini sürətləndirə bilsin. Duzlu qidalar suyun bədəndən xaric olmasına mane olur ki, bu da piylənməyə gətirib çıxarır”.

Məlahət xanım axşam saatlarında fiziki aktivliyin az olmasına görə arıqlamaq və pəhriz üçün 18:00-dan sonra heç nə yeməməyi, yeyərkən də tərəvəzli, səbzəli yeməklərə üstünlük verməyi tövsiyə edir: “Arıqlama, pəhriz üçün meyvə mümkün olduğu qədər günorta saatlarınadək qəbul olunmalıdır. Çünki meyvə qlükoza ilə zəngin olduğundan bu amil də piylənməyə səbəb olur”.

Sağlam arıqlamaq və pəhriz üçün ideal resept

Son olaraq mütəxəssisin sağlam arıqlamaq, pəhriz üçün gündəlik menyusunu təqdim edirik: Səhər bir soyutma yumurta, kəsmik, suda bişmiş yulaf, açıq rəngli çay, ara yeməyində 100 qram meyvə, kiçik ölçülü yaşıl alma, yaxud elə mövsümə uyğun meyvələr, günorta yeməyində bir kasa tərəvəzli (mərcimək, lobyalı) şorba, günorta yeməyində həmçinin 8 xörək qaşığından bir qədər az qarabaşaq, 2, yaxud 4 xörək qaşığı düyü, soyutma toyuq, soyutma balıq, buxarda bişirilmiş kotlet, yaxud da ət, ət məhsulları, vitaminli (kök, alma, cəfəri, kişmiş) salat, axşam yeməyində 8 xörək qaşığı ətli, tərəvəzli yemək, yaxud da buxarda bişmiş 200 qram balıq, qatıq qəbul etmək olar. Bu reseptlə həftəyə kiloqram yarımadək, aya isə 4-5 kiloqram sağlam şəkildə arıqlamaq olar.

Diyetoloq deyir ki, sağlam arıqlamaq istəyənlər “fastfood”lardan, “çips”lərdən imtina etməli, yaşıl çaya üstünlük verməlidirlər. M.Kərimovanın sözlərinə görə, yeməkdən yarım saat öncə suyun qəbulu doyma hissi yaradacaq, daha çox qidalanmanın qarşısını alacaq. Sağlam şəkildə arıqlamaqda ən əsası iradəli olmaq, qarşıya məqsəd qoyaraq ona doğru getməkdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Qocaların çoxu pensiya ala bilməyəcək” – İqtisadçı alim

Next

Həyat yoldaşı yanaraq öldü, 20 yaşında adını dəyişdi… – “Ulduz” filminin Əliş kişisindən maraqlı faktlar

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv