Hadisə İsmayıllıda ikimərtəbəli ev yandı By Vüsal Rafiqoğlu 23.02.2021 1 Min Read İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 220 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.