Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Vüqar Rəhimzadə: Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır

By Vüsal Rafiqoğlu
25.02.2021 3 Min Read

“XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 29 il ötür. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə üzə çıxır, dünya ictimaiyyətinə bu dəhşətli qətliamın düzgün dəyərləndirilməsinə bir çağırış edilir. Uca səslə bütün sivil dünyaya bəyan edilir ki, erməni şovinist dairələrinin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı öz dədə-baba torpaqlarımızda həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər susqunluqla qarşılanmamalı, insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayət beynəlxalq səviyyədə öz hüquqi-siyasi qiymətini almalıdır. Erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olan bu qətliam bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımlarla eyni sırada dayanır. Bir gecədə ermənilərin və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı diviziyasının başıpozuq hərbçilərinin iştirakı ilə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi ucdantutma qətlə yetirilən Xocalı faciəsi əsl soyqırımı aktıdır. Hadisələrin mahiyyətində ötən əsrin 80-90-cı illərində keçmiş ittifaqa rəhbərlik edən ermənipərəst Mixail Qorbaçovun Sovet İttifaqında yenidənqurma və aşkarlıq adı altında həyata keçirdiyi siyasətin daşnakların növbəti deportasiya və soyqırımlarını gerçəkləşdirməsinə yaratdığı imkanlar dayanır. SSRİ-ni dağıtmaq üçün zəif halqa kimi seçilən millətlərarası qarşıdurma yaratmaq planı ermənilərin istəyi və bədnam Qorbaçov kimilərinin havadarlığı ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağda gerçəkləşdirildi. Faciənin qarşısının alınması üçün həmin dövrdə ölkəmizə başçılıq edən şəriştəsiz və antimilli “rəhbərlər” də zəruri tədbirləri görmədilər, hətta faciə haqqında real məlumatlar ictimaiyyətdən gizlədildi.”

 Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bir gecədə 613 nəfər dinc əhalinin, o cümlədən 63 uşağın, 106 qadının vəhşicəsinə qətlə yetirilməsi, 1257 nəfər Xocalı sakininin ermənilər tərəfindən əsir alınmasına, təhqirlərə, əzab-əziyyətlərə məruz qalmasına bu günədək dünyanın göz yumması birmənalı qarşılana bilməz: “Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarından irəli gələn erməni sevgisini bir kənara qoyub hadisələrə düzgün yanaşsalar, tarixi faktlara müraciət etməyə, araşdırmalar aparmağa maraq göstərsələr Azərbaycan xalqının son 200 ildə erməni daşnak-şovinistləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldıqlarını görməklə yanaşı, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət vermək haqqında düşünərlər. Amma özünü sivil adlandıran dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Ermənilərin illərdir “böyük Ermənistan” sevdasından qaynaqlanan ssenarilərinə uyğun olaraq 1988-ci ildə yenidən baş qaldıran torpaq iddiası nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmışdır. Dünyanın bir sıra dövlətləri 30 ilə yaxın müddətdə işğalçı dövlətə dəstəkləri ilə ona vaxt qazanmağa yardımçı oldular. Lakin onlar danışıqların imitasiya naminə aparıldığını pərdələməyə çalışsalar da həqiqəti gizlətməyin mümkünsüzlüyünü 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində gördülər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazaraq regionu, ümumilikdə dünyanı erməni faşizmindən xilas etdi. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Məhz bu qətiyyət, yenilməz siyasi iradə sayəsində bu gün artıq diktə edən tərəf Azərbaycandır.”

Baş redaktor bildirib ki, XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsinə hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verib: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsinin ildönümlərində Azadlıq meydanından Xocalı abidəsinə qədər yüz minlərlə insanın iştirakı ilə yürüşün təşkil olunması faciəmizin unudulmadığını, daim xalqımızın yaddaşında, ən əsası onun soyqırımı kimi tanıdılmasının qarşımızda dayanan əsas vəzifə olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində bu istiqamətdə mühüm işlər görülüb və görülməkdə davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildə başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərə çox mühüm dəstəkdir.”

V.Rəhimzadə qeyd edib ki, hazırda Xocalı soyqırımının bütün dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib: “Xocalıya ədalət!” kampaniyasının məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirirlər. Təəssüf ki, bütün bunlar kağız üzərində əksini tapan reallıqlardır. Əsas olan bəyanatlardan əməli fəaliyyətə keçilməsi, Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsidir. Azərbaycan necə ki 44 günlük İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində təkbaşına 30 ilə yaxın dövrdə kağız üzərində qalmış qərar və qətnamələri icra edərək dünyaya siyasi iradəsini, yenilməzliyini çatdırdı, eləcə də Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə və layiqli cəzalarını alacaqlarına nail olacaq. O gün mütləq gələcək!”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq

Next

“ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv