Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəfərdən başlanan yol Böyük Qayıdışa aparır

By Vüsal Rafiqoğlu
25.02.2021 4 Min Read

«Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,  Qarabağda bu yaz bolluq, bərəkət  yazı olacaq

Prezident İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan torpaqlara hər gəlişləri tarixi hadisə olmaqla,  qısa müddətdə görülən işlərin miqyası, intensivliyi, planauyğun davam edən bərpa, quruculuq işləri ilə yadda qalır. Uzaqgörən lider, Ali Baş Komandan kimi  tarixi missiyasını Zəfər paradı ilə başa vuran, Böyük Qayıdış çağırışı ilə  bölgələrin dirçəldilməsi prosesini sürətləndirən  Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə beşinci səfəri daha əlamətdar hadisələrlə yadda qaldı.

Bu günlərdə  Füzuli, Zəngilan,  Laçın və  Cəbrayıl rayonlarında olarkən əvvəlki səfərlərindən sonra tapşırılan işlərin gedişi ilə maraqlanan,  «Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin» sözləri ilə  Böyük Qayıdışın sürətlənməsi üçün tövsiyələrini verən Prezident İlham Əliyev bərpa işləri aparılan ərazilərin elektirik enerjisi,  su ilə təchizatının xüsusi əhəmiyyətə malik olduğunu da diqqətə çatdırdı.  Ermənistan üzərində qələbəmizdən dərhal sonra quruculuq işlərinə başlanılması, həyat qaynağı olan su və enerji ilə bağlı layihələrin həyata keçirilməsi bolluq və bərəkətin təməli deməkdir. Bu baxımdan   Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi, yarımstansiyasının inşası uğurlu başlanğıcdır.

Prezident İlham Əliyev açılışında iştirak etdiyi  Laçın rayonunun  Güləbird kəndi ərazisində generasiya gücü 8 meqavat olan  stansiyanın istifadəyə verilməsi isə  təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bu stansiyada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.  Kəlbəcər-Laçın ərazisi də  su elektrik stansiyaları, «yaşıl enerji»  zonaları baxımından əlverişli olduğundan eyni layihələr burada da davam etdiriləcək.

Güləbird Su Elektrik Stansiyasının açılışında «Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik» söyləyən dövlət başçımız Laçın və Kəlbəcər rayonlarında   generasiya gücü 120 meqavat olacaq stansiyaların da bərpa olunacağını bildirir. Onların arasında ən böyük potensiala malik, İran İslam Respublikası ilə  razılıq əsasında bərpa ediləcək «Xudafərin»” və «Qız qalası»” su elektrik stansiyalarıdır.
Su elektrik stansiyaları ilə paralal olaraq azad olunmuş torpaqlarda bərpaolunan enerji növlərindən istifadə  ilə bağlı layihələrin həyata keçirilməsi ilə bu bölgələrin enerji ilə təchizatı tam ödəniləcək.  Zəngilan rayonunda birinci pilot  «ağıllı kənd”» layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcək. Sadalanan bu layihələrin həyata keçirilməsində, «yaşıl enerji» zonasının  yaradılmasında  iştirak edəcək xarici və yerli investorlar respublikamızı  uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edəcəklər. Kəlbəcər və Laçın rayonlarında külək ,  Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisi üçün mövcud olan   böyük potensial hesabına  Qarabağın  «yaşıl enerji”» zonasına çevirilməsi ekoloji təhlükəsizlik üçün də vacib amildir.
İşğaldan azad olunmuz ərazilərdə quruculuq işləri enerji ilə bağlı layihələrin tətbiqi ilə məhdudlaşmır. Torpaqların minalardan təmizlənməsi işləri başa çatdıqdan sonra  işğal nəticəsində  yaşayış  yerlərində tikililərə, abidələrə dəymiş ziyanın qiymətləndirilməsi  ilə paralel digər infrastruktur layihələri də həyata keçiriləcək.   Təməli qoyulan, bütünlükdə bölgə üçün   vacib olan  Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişinin əhəmiyyətini «İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək» sözləri ilə diqqətə çatdıran Prezident  İlham Əliyev  ötən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli  Birgə Bəyanatda  Azərbaycanın təşəbbüsü ilə yer alan  Naxçıvan dəhlizinin bərpasını , muxtar respublikanın ölkəmizin digər rayonları ilə dəmir yolu ilə birləşməsini strateji,  iqtisadi, siyasi  baxımdan tarixi hadisə adlandırır. Bu dəmir yolunun Türkiyəyə qədər uzanması Bakı-Tbilisi-Qarsdan sonra  qardaş ölkə ilə  əlaqəmizi birləşdirəcək ikinci xətt olacaq. Nəticə etibarilə Azərbaycan  Türkiyə ilə birləşir.
Bu dəhliz hələ də  məğlubiyyətləri ilə barışmaq istəməyən revanşist ermənilərin  qarşısında  keçilməz sədd olacaq. Bu dəhlizin açılması  Laçın, Kəlbəcər, Şuşa kimi digər rayonları  da düşmənə satan, qorxaqcasına qaçıb gizlənib fərarilik edən AXC-Müsavat  cütlüyünün  xəyanətlərinə  Prezident İlham Əliyevin qətiyyətli  cavabıdır.
İşğaldan azad olunmuş ərazilərdə  aqrar sahədə  islahatların aparılması aqrar sahənin,  fermer təsərrüfatlarının inkişafı baxımından da  əhəmiyyətlidir. Zəngilanda olarkən Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın , qızları Leyla Əliyevanın erməni vandallarının məhv etdiyi  Bəsitçay Dövlət Təbiət Qoruğunda əkdikləri çinarlar,  Bəsitçaya buraxılan balıqlar yeni həyatın başlanmasının rəmzidir. Yaradılan su mənbələri hesabına rayonlarında torpaqlarımız dirçəlcək, məhsuldarlıq artacaq, kəndlilərin ailə büdcəsi möhkəmlənəcək. Qısa müddətdə 7 min hektarda əkin işlərinin aparılması  bu ilki mövsümdə təqribən 20-25 min hektarda görüləcək işlər üçün təməldir. Aparılan islahatlar nəticəsində işğal dövründə ermənilərin bəhrələndiyi   və ən azı 90 min hektardan götürülən məhsul xalqımızın rifahına yönələcək.
Prezident İlham Əliyevin Sərəncamına əsasən hazırlanan «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də  qarşıya qoyulan vəzifələrin həlli ilə  bölgələrin siması dəyişiləcək, bolluq, bərəkət yaranacaq. Sənəddə ölkəmizdə qarşıdakı on il üçün  nəzərdə tutulan proqnozlar, icra mexanizmi tam aydınlığı ilə  göstərilib. Belə ki, özəl mülkiyyət institutlarını gücləndirməklə xarici bazarlara  çıxışın coğrafiyası genişlənəcək.  Respublikamızın  zəngin yeraltı, yerüstü sərvətlərindən, əmək resurslarından istifadə əlavə imkanlar yaradacaq.

«Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri də təsdiqləyir ki, başlanan quruculuq, bərpa işləri Qarabağın xoş günlərinə dönüş olacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

29 il sonra Laçında: Valideynlərimə Laçın suyu aparacağam – VİDEO

Next

Bakıda 9 dərəcə şaxta olacaq, qar yağacaq – BU GÜNÜN HAVASI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv