Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Xocalı sakini xatirələrini bölüşür: “Xilas olmağı bacardıq, tanış meşə yolu ilə qaçdıq…”

By Vüsal Rafiqoğlu
26.02.2021 2 Min Read

Bu gün, fevralın 26-da bütün dünya azərbaycanlıları Xocalı soyqırımı qurbanlarını xatırlayırlar. 29 il əvvəl Azərbaycanın Xocalı şəhərini ələ keçirən erməni silahlı birləşmələri silahsız mülki əhaliyə qarşı soyqırımı törədib. Qətliamın şahidləri həmin gün ermənilərin törətdiyi vəhşilikləri hələ də unuda bilmirlər.

Faciənin növbəti ildönümündə Media.Az Xocalı soyqırımının şahidi, şəhər sakini Anar Abdulovla söhbət edib.

Dəhşətli gecənin canlı şahidi bildirib ki, faciə baş verdiyi zaman onun cəmi 10 yaşı var idi.

“O gecəni yaxşı xatırlayıram. Həmin gecə yaşadıqlarımızı heç vaxt unutmayacağam. Anamla tanış meşə yolu ilə qaçıb Xocalıdan çıxmağı bacardıq. Ağdama gəldik. Atam özünümüdafiə batalyonunun tərkibində şəhəri qorumaq üçün orada qaldı. Ağamda dayım bizi qarşıladı və Bərdədəki evinə apardı. Ancaq hər gün atamızla bağlı xəbər almaq üçün Ağdama gəlirdik.

Xatirimdədir, fevralın 26-sı səhər tezdən atamdan, əmimdən, babamdan və digər qohumlarımdan xəbər gözləyərək Ağdama gəldik. Sağ qalanlar barədə sualımıza cavab olaraq, bir çox Xocalı sakininin öldürüldüyü, yaralandığı və ya əsir götürüldüyü bildirildi. Ağdama gələndə anam atamı axtarmağa getdi. Ancaq məni özü ilə aparmağa razı olmadı. Çünki əzaları kəsilmiş insanların əzilmiş bədənlərini görmək bir uşaq üçün çox dəhşətli idi. Beş gün sonra atam sağ-salamat Ağdama çatdıqda xoşbəxtliyimizin həddi-hüdudu yox idi. Ayaqları donmuşdu. Atam meşədə onun yanında olanların çoxunun ermənilər tərəfindən vəhşicəsinə öldürüldüyünü söylədi. İnsanların necə donduğunu, aclıqdan və susuzluqdan necə əziyyət çəkdiyini danışdı”, – deyə Xocalı sakini xatırlayır.

Anar məhz həmin gecə babasını və çox sayda qohumunu itirdiyini, bu gecədən sonra onların həyatında yeni bir mərhələnin – köçkün həyatının başladığını deyir.

“Yeni bir həyata başladıq. Bizi Xocalıdan olan digər ailələrlə birlikdə Bakıya, Pirşağı qəsəbəsindəki sahil pansionatına yerləşdirdilər. Yanımızda heç bir şey yox idi, yerli sakinlərə minnətdarıq, bacardıqları qədər kömək etdilər.

Hazırda məktəbdə tarix müəllimi işləyirəm. Ancaq təəssüf ki, heç də bütün Xocalı uşaqları mənim kimi şanslı deyildilər, o gecə vəhşicəsinə öldürüldülər. Xocalı faciəsi hər birimizin həyatında dərin iz buraxdı. Bu hadisələr sağ qalanların sağlamlığına da ciddi təsir etdi. O gecədən sonra atam ağır xəstələndi və ölənə qədər böyrək çatışmazlığından əziyyət çəkdi. Anam da yaşadığı stress fonunda şəkərli diabetə tutuldu. Uzun müddət yaşadığı dəhşətlərdən qurtula bilmədi”, – deyə A.Abdulov bildirib.

Xocalı sakini soyqırım ilə bağlı acı xatirələrin yaddaşlardan heç vaxt silinməyəcəyini və beynəlxalq təşkilatların gələcəkdə belə faciələrin  qarşısını almaq üçün qəti tədbirlər görməli olduqlarını da vurğulayıb.

“Bu gün biz xocalılılar bu faciəyə ədalətli hüquqi qiymət verilməsini tələb edirik. Dünya birliyi və beynəlxalq təşkilatlar gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün qəti tədbirlər görməlidirlər. Millətlərarası və dinlərarası bölgülərə son qoymağın vaxtı çatıb. İnanıram ki, 21-ci əsr sülh və təhlükəsizlik əsri olacaq”, – deyə Anar Abdulov qeyd edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kolumbiya Senatı Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib

Next

İtaliyanın Neapol və Florensiya şəhərlərində Xocali soyqırımı ilə bağlı lövhələr yerləşdirilib – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv