Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

ABŞ-da Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi

By Vüsal Rafiqoğlu
27.02.2021 3 Min Read

ABŞ-ın nüfuzlu Corciya Dövlət Universitetinin Siyasi elmlər fakültəsinin təşkilatçılığı ilə “1992-ci ilin Xocalı qətliamı: Soyqırımının qarşısının alınmasında diplomatiyanın rolu” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Corciya Dövlət Universitetinin Siyasi elmlər üzrə professor köməkçisi Henri Keri, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Atlantanın Morehouse kollecində inkişaf üzrə rezident diplomatı Aleksius Batler, Xocalı qətliamı zamanı Ağdamda olmuş və qətliamı qeydə almış hərbi jurnalist, Litvanın Jurnalistlər İttifaqının üzvü Rikardas Lapaitis, bosniyalı sülh fəalı, Srebrenitsa soyqırımının təbliğatçısı Azra Berbiç, habelə Xocalı sakini, qətliamın canlı şahidi Anar Usubov çıxış ediblər.

Moderatorlar Corciya Dövlət Universitetinin Əndrü Yang, Siyasi Elmlər Məktəbi nəzdində Dövlət Siyasəti üzrə Beynəlxalq Mərkəzin baş elmi işçisi Bauyrjan Yedgenov və sözügedən universitetin məzunu azərbaycanlı əsilli Rəna Rzayeva olub.

Tədbirin keçirilməsində məqsəd, Xocalı qətliamı barədə ABŞ ictimaiyyəti arasında məlumatlandırmanı artırmaq, qətliamı törədənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyinin təbliği və geniş şəkildə araşdırılmasının təşviq edilməsi olub. Onlayn tədbirdə universitetin tələbə və professor heyəti, Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.

Elin Süleymanov Ermənistanın ölkəmizə qarşı hücumu və Xocalıda törədilən qətliam barədə geniş məlumat verib. Bildirib ki, Balkanlarda və digər yerlərdə bütün qətliamlarda olduğu kimi, müxtəlifliyə qarşı dözümsüzlük və qonşunun ərazilərinə iddia Xocalıda dad insanların qırılmasına səbəb olub. Ötənilki müharibədə döyüşən bir çox general, zabit və əsgərlərimizin uşaq və gənc yaşlarında öz evlərindən köçkün düşdüyünü, lakin Vətən müharibəsində öz evlərini azad etdiklərini vurğulayıb. Ermənistanın müharibədən sonra revanşist niyyətlərinə rəğmən, azərbaycanlıların ermənilərlə birgə yaşayışa, habelə Azərbaycanın Ermənistanla sülhə nail olmaq üçün hazır olduğu, bölgədə yenidənqurma işləri həyata keçirdiyi bildirilib. Bununla yanaşı, sülhün bərqərar olması üçün Xocalıya ədalətin təmin edilməsinin yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də vacib olduğu vurğulanıb. Belə ki, Xocalı soyqırımını törədən Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Köçəryan kimi şəxslərin Ermənistanda toqquşma və siyasi xadimlərin qətli ilə hakimiyyətə gəldiyini, Ermənistanın bu şəxsləri və Xocalıda qətliamın digər qatillərini məsuliyyətə cəlb etməsinin əhəmiyyətli olduğu bildirilib.

Xocalı qətliamının nəticələrini qələmə almış müharibə reportyoru Rikarda Lapaitis qətliamdan iki gün sonra Ağdamda müşahidə etdiyi acı xatirələri bölüşüb. Bildirib ki, hələ də onu izləyən və taleyini dəyişən bu dəhşətli hadisələrin canlı şahididir. Ağdam məscidinə yüzlərlə meyitin gətirilməsini müşahidə etmişdir. Öldürülənlərin bir çoxunun ayaqqabısız olduğunu, 6 yaşlı bir qızın baş və bədəninin parçalandığını, bədənində yanıq izləri olduğunu diqqətə çatdırıb. Bir çox Xocalı qurbanı amputasiyalara məruz qalmış və ya güllələnmişdi. Qətliamdan qaçarkən Əskəranda ermənilərin hücumuna məruz qalmış, lakin öldürülmüş qohumunun qanını üzərinə sürtməklə və özünü ölülüyə vurmaqla ölümdən qurtulmuş 23 yaşlı qızın xatirəsini də bölüşüb. Əsirlikdən azad edilmiş bütün azyaşlı qızların zorakılığa məruz qaldığı diqqətə çatdırılıb. Qətliamın Memorial və Human Rights Watch təşkilatı tərəfindən sənədləşdirildiyini, Sarkisyan, Ohanyan və Köçəryanın tribunala cəlb edilməsinin vacib olduğu vurğulanıb. Rikarda Lapaitis Xocalıdan əvvəl Qaradağlıda, Meşəlidə azərbaycanlılara qarşı qırğınlar törədildiyini də xatırladıb. Holokost təşkilatçılarının cəzalanmasına baxmayaraq, bu qətliamları törədənlərin sərbəst gəzdiklərini diqqətə çatdırıb.

Daha sonra Xocalı sakini və qətliamın canlı şahidi Anar Usubov şəhər sakinlərinin 4 il blokadada yaşadığını, işğal günü özünün və yaxınlarının başlarına gətirilən müsibətlər barədə xatirələrini tədbir iştirakçıları ilə paylaşıb. O, Xocalının işğalı ərəfəsində mühasirədə yaşayan əhalinin vəziyyəti, şəhərin zəbt olunması və insanların qarlı meşələri keçərək Ağdama doğru qaçması haqqında danışıb. Anar Usubov həmin gecə bir çox yaxınlarını itirdiyini, girovluqda dayısına və xalalarına, digər qohumlarına işkəncə verildiyini, yüzlərlə insanın qətlə yetirildiyini və bəzi Xocalı sakinlərinin hələ də itkin olduğunu acı hissi ilə xatırlayıb. 11 yaşında ikən təsadüf nəticəsində sağ qaldığını qeyd edən A.Usubov bildirib ki, onun iyirmidən çox yaxın qohumu ya öldürülüb, ya da itkin düşüb. Qeyd edib ki, o dəhşətli gecədən sağ çıxan yüzlərlə xocalılı illərdir psixoloji travmadan əziyyət çəkirlər.

Daha sonra çıxış edən bosniyalı Azra Berbiç Srebrennitsa soyqırımı, Aleksius Batler isə Sudanda qətliam barədə məlumat verib. Xocalı kimi digər qətliamlar üçün ədalətin, cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin, insanların travmadan qurtulmasının vacib olduğunu vurğulayıblar. Professor köməkçisi Henri Keri Human Rights Watch təşkilatının Xocalı qətliamı barədə yazıları əsasında qətliam barədə fikirlərini bölüşüb. O, sülh tərəfdarı olduğunu, bütün qətliamların araşdırılmasının vacibliyini, ermənilərlə azərbaycanlılara arasında barışığın əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Bu konfrans ABŞ-ın Corciya Dövlət Universitetində ABŞ-da Azərbaycan səfirliyinin iştirakı ilə keçirmiş və Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş silsilə tədbirlərdən biridir. Xatırladaq ki, son bir neçə gündə səfirliyin iştirakı ilə ABŞ-da yaşayan azərbaycanlı icmanın qatıldığı “Xocalı qətliamından xilas olanlar: ümidlər və möhkəmlik” mövzusunda vebinar, ABŞ-ın Yuta Universitetində səfir Elin Süleymanovun ötənilki müharibə nəticəsində yaranmış vəziyyət və Xocalı qətliamı ilə bağlı vebinarda çıxışı, eləcə də Amerika Sefardi Federasiyası və Amerikalı Müsəlman Liderlik Alyansı tərəfindən Xocalı qətliamına həsr olunmuş tədbir təşkil edilib, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri ilə ABŞ Konqresinin üzvləri arasında videokonfransda Xocalı qətliamı yad olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdəyə atılan erməni raketlərindən zərərçəkmiş:Rac Əmrullayev biganəlikdən gileylənir

Next

Oğuzda dəhşətli hadisə – Su qızdırıcısı partladı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv