Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Quranda adı çəkilən şəhərlər NİYƏ YOX OLDU? – Murdar ənənələrin yaşandığı yerlərin DƏHŞƏTLİ SONU

By Vüsal Rafiqoğlu
27.02.2021 4 Min Read

“Lut bir zaman öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da həddi aşmış bir tayfasınız!” …Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!” (Əraf surəsi, 80-84)

“Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq”. (Ənkəbut surəsi, 34-35)

Yəqin ki, müqəddəs kitablarda Sodom və Qomorra şəhərləri haqda – Allahın onları günahlarına görə “od və kükürdlə” məhv etməsindən çox adam məlumatlıdır. Kitaba görə, Lut peyğəmbərin qövmü əxlaqsızlığa, qəddarlığa, pis vərdişlərə, homoseksuallığa o qədər meyilli idilər ki, şəhərlər Allah tərəfindən yerlə yeksan olunur və bizə ibrət olaraq xatırlanır. Arxeoloqların tapdığı qədim mətnlər göstərir ki, adıçəkilən şəhərlər həqiqətən mövcud olub. Lakin hələ də alimlər həmin şəhərlərin özünün qalıqlarını tapa bilmirlər. Bu baxımdan, onların “ölüm” səbəbləri haqda mübahisələr indiyədək səngimir.

ARANTV.AZ  Müqəddəs kitablarda adıçəkilən Sodom və Qomorro şəhərləri, onların aqibəti haqda arayışı oxuculara təqdim edir:

Tarixçilər eramızdan əvvəl 2-ci minillikdə Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin “Lut gölü” və ya “Ölü dəniz” kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şəriyə ilə İordaniya arasında qalan Lut gölünün yanında yerləşən tarixi Sodom və Qomorra şəhərləri Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir.

Kitablara görə, şəhər çiçəklənən və zəngin idi. Onların sakinləri, tüfeyli həyat tərzi keçirir, günümüzdəki bir sıra əxlaq prinsipləri orada adi məişət hadisələri idi. Allah cəza olaraq 2 şəhəri sakinləri ilə birlikdə məhv etmək qərarına gəlir. İbrahim Allahdan xahiş edərək, heç olmasa günahsız insanlara görə, Sodom və Qomorro sakinlərinin bağışlanmasını istəyir, lakin məlum olur ki, yalnız Lut və ailəsindən başqa orada çirkaba batmayan bir nəfər belə insan yoxdur. Nəticədə Allah mələklər vasitəsilə Luta ailəsi ilə birlikdə şəhərdən çıxmalarını əmr edir və dönüb geri baxmalarını qadağan edir. Axı arxaya baxmaq günahdan ləzzət alan camaata bir növ yazığı gəlmək kimi başa düşülür. Lutun arvadı sözə baxmır, itaətsizlik edir və dönüb od tutub yanan şəhərə baxır. Rəvayətin davamında onun bu hərəkətinə görə, yerindəcə daşa döndüyü qeyd olunur.

“Allah da göydən od və kükürd yağdıraraq, şəhərləri qanına qəltan etdi” – İncildə deyilir.

Baxmayaraq ki, bu 2 şəhər haqda bəzi qədim mənbələrdə, xüsusilə, Strabonun “Coğrafiya”sında və Tasitin “Tarix”ində də bəhs olunur, bir çox alimlər onların mövcudluğunun tarixi düzgünlüyünə şübhə ilə yanaşır. Britaniyalı alim Maykl Sanders isə, əksinə, əmindir ki, Sodom və Qomorra həqiqətən dağıdılıb və ölü dənizin dibində dəfn olunub.

Şəhərlərin necə dağılması versiyaları bir sıra mübahisələr doğurur. Elmi fərziyyələrdən birinə görə, Sodom və Qomorra asteroidin düşməsi nəticəsində dağıdılıb. Bu versiya şumer astronomlarının yazdıqları mətnlərin oxunması nəticəsində meydana gəlib. Bəzi alimlər həmçinin əmindir ki, bu miqyasda dağıdıcı proseslər yalnız asteroidlə toqquşma nəticəsində baş verə bilərdi. Qədim şumer mətnlərindəki bu versiya dindarlara sərf edir, çünki müqəddəs kitabdakı rəvayətlərlə uyğun gəlir. Kitabda obrazlı şəkildə “göydən od yağdırdıq” fikirləri yer alır.

Qədim şəhərlərin məhv olmasına güclü zəlzələnin səbəb olması bir çox alim üçün daha ağlabatan görünür. Şəhər, iki tektonik layların qovuşduğu yer qabığının səthində salınmışdı – planetin ən fəal seysmik zonalarından birində. Bundan başqa, Ölü dəniz zonasında metan yataqları var. Zəlzələ bitumlar və yanar qazların göyə atılması ilə müşayiət oluna bilərdi ki, o da ciddi yanğınlar yaradardı. Bitumlar isə bu rayonda yüksək kükürdlü olması ilə fərqlənir. Alimlər bu versiyadan yola çıxaraq, Bibliyadakı “od və kükürdlə məhv etdik” ifadəsinin o qədər də uydurma olmamasına işarə edirlər. Rusiyadan və İsraildən olan bir sıra alim də vulkan püskürməsi versiyasını üstün tuturlar, nəinki asteroid toqquşması.

Elm inkişaf etdikcə, arxeoloji tapıntılar da çoxalacaq, onların tədqiqi də rahatlaşacaq. İstənilən halda, meteoritin düşməsi yanğın, zəlzələ, daşqınlar, vulkan püskürməsi yarada bilərdi ki, bu da, Bibliyada 2 tarixi şəhərin, “ilahi atəşlə” məhvi haqqında yazılanların yaşamağa haqqı olduğunu göstərir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yasamaldakı torpaq mübahisəsi böyüdü

Next

Şaxtalı havada sıradan çıxan su sayğaclarına kim cavabdehdir? VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv